Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB ölkələri arasında 1-ci, dünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyilib.
Bildirilib ki, 2025-ci il ərzində 110,8 kilometr respublika əhəmiyyətli, 153,1 kilometr yerli əhəmiyyətli, 93,8 kilometr Bakı şəhər yolları, 66 kilometr Gəncə şəhər yolları və 17 kilometr Şəki şəhər yolları olmaqla, ümumilikdə 440,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
İşğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlar çərçivəsində ümumi uzunluğu 3 min 720,5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi və 1 hava limanının inşası üzrə layihələr icra edilir. Agentlik tərəfindən 2020-ci ildən indiyədək ümumi uzunluğu 1338,4 kilometr olan 17 avtomobil yolunun tikintisi tam, 1 layihənin icrası isə qismən başa çatdırılıb. Hazırda avtomobil yolları üzərində ümumi uzunluğu 70,9 kilometr olan 47 tunelin, ümumi uzunluğu 9581,6 paqonmetr olan 447 körpünün və 3871 paqonmetr uzunluğunda 16 viadukun tikintisi aparılır.
Ümumi uzunluğu 66,9 kilometr olan 37 tuneldə qazma işləri tamamlanıb, 13,6 kilometr uzunluğunda 7 tunel isə artıq istifadəyə verilib.
Bununla yanaşı, ümumi uzunluğu 8839,1 paqonmetr olan 392 körpünün və 1965 paqonmetr uzunluğunda 9 viadukun tikintisi başa çatdırılıb.
2015–2025-ci illər ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 10 min 826,9 kilomertr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 129 yeni körpü, 40 yol ötürücüsü, 8 avtomobil tuneli, 52 yeraltı və yerüstü piyada keçidi tikilib, həmçinin 53 körpüdə təmir işləri aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 25 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















