Azad edilmiş ərazilərdə yeni Milli parkın yaradılması nəzərdən keçirilir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Xankəndi, 10 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
“Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə ümumi sahəsi 92 min 656,2 hektar olan yeni milli parkın yaradılması nəzərdən keçirilir və bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb. Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















