Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq ŞƏRH AZƏRTAC

Azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Qarabağın işğaldan azad olunduğu gündən etibarən Prezident İlham Əliyevin tapşırığı ilə bu regionda təmir-bərpa işlərinə start verilib. Hər il bu regionun bərpası üçün dövlət büdcəsindən maliyyə ayrılır və bu il də ötən illərdə olduğu kimi bərpa-quruculuq işləri sürətlə davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.

Otuz il ərzində mənfur düşmənin bu regionun infrastrukturunu tamamilə dağıtdığını, mədəni və tarixi adidələri, evləri, təhsil və tibb ocaqlarını, sənaye müəssisələrini tamamilə məhv etdiyini, şəhər və kəndləri viran qoyduğunu qeyd edən deputat 2020-ci ildən başlayaraq 4 il ərzində dövlət tərəfindən aparılan bərpa işləri ilə böyük nəticələrin əldə olunduğunu bildirib.

“Minalar təmizlənir, yeni yollar və körpülər salınır, yaşayış məntəqələri inşa edilir, nəhəng infrastruktur layihələri həyata keçirilir, zavod və fabriklər tikilir, iş yerləri açılır və vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı təmin olunur. Qısa müddət ərzində bir neçə beynəlxalq hava limanı tikilmiş, dəmir yolları çəkilmiş, təhsil ocaqları fəaliyyətini bərpa etmişdir. Dövlətin bu sahədə sürətlə həyata keçirdiyi işlər göstərir ki, yaxın gələcəkdə bu regionlar ölkəmizin əsas aparıcı bölgələrindən birinə çevriləcək. Ötən illərdə olduğu kimi, bu il də Qarabağ və Şərqi Zəngəzura vətəndaşlarımızın köçürülməsi davam edəcək. Ali Baş Komandan İlham Əliyevin bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşması xalqımızın bu tarixi köçə olan əminliyini daha da artırır”, - deyə Göydəniz Qəhrəmanov vurğulayıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Ağdam və Cəbrayılda sənaye parklarının fəaliyyəti doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün karyera imkanlarını genişləndirəcək. Bu regionda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ölkə iqtisadiyyatına mühüm töhfə verəcək və Qarabağ regionunun daha sürətli bərpasında xüsusi rol oynayacaq. Sənaye parklarında fəaliyyət göstərmək istəyən sahibkarlara dövlət tərəfindən təqdim edilən güzəştlər iş adamlarının regiona cəlb olunmasına əlavə imkanlar açır.

Deputat, həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini vurğulayıb. O bildirib ki, yaşıl enerji mənbələrinin yaradılması regionun inkişafına böyük fayda verəcək.

“Dövlətimiz iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə aparmaq məqsədilə müxtəlif tədbirlər görür. Yaşıl enerji istehsalı və onun dünya bazarına ixracı Azərbaycanın əsas siyasət prioritetlərindən biridir. 2024-cü ilin Prezidentin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da bu istiqamətdə atılan mühüm addımdır. 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində kifayət qədər bərpaolunan enerji potensialı mövcuddur. Bu potensialdan istifadə enerji səmərəliyini artırmaqla yanaşı, ekoloji təmiz texnologiyaların tətbiqinə şərait yaradacaq. Günəş və külək elektrik stansiyalarının yaradılması yaşıl enerji istehsalına, ətraf mühitin qorunmasına, iş yerlərinin açılmasına və iqtisadi artıma səbəb olacaq”, - deyə G.Qəhrəmanov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri