Icma.az
close
up
RU
Azad Şabanovdan möhtəşəm konsert

Azad Şabanovdan möhtəşəm konsert

Icma.az, Missiya.az saytına istinadən bildirir.


Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.

Missiya.Az xəbər verir ki, estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşışına çıxıb. 

“Bir əsər” adlanan gecə muzikl xarakteri daşıyıb. Konsertdə həm şou nömrələr, həm də rəngarəng səhnəciklər təqdim edilib. Tamaşaçılar adi konsertə yox, əsl sənət ab-havasına, teatr, pantomimo, rəqslərlə dolu gecəyə qərq olublar. 

Konsertdə həm də sosial mesajlar yer alıb. “Dua” adlanan əsərdə Azad qadın və uşaq zorakilığı mövzusuna toxunub. O, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb. Konsertdə müğənninin tərəf müqabili Əməkdar artist, istedadlı aktrisa Həcər Ağayeva olub. Gecə boyunca tez-tez geyimlər dəyişən sənətçinin obrazları da böyük maraqla qarşılanılıb. 

Rəqqaslarla və xüsusi şou ilə çıxış edən Azad Şabanov konsertdə hitlərini, həm də Azərbaycan klassik və müasir bəstəkarların mahnılarını canlı səsləndirib. “Bir əsər” musiqili tamaşanın qurulçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, ssenari müəllifi Əməkdar artist Nicat Kazımov, quruluşçu xoreoqraflar Əməkdar artist Bəhruz Vagifoğlu, Əməkdar artist Nailə Məmmədzadə və Emin Hüseynov idi. Layihənin icraçı prodüseri isə Zemfira Bağırova olub. Azərbaycan səhnəsində bir ilkə imza atan Azad Şabanovun bütün çıxışları gür alqışlarla qarşılanılıb. Konsert anşlaqla keçib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://missiya.az
archiveBu xəbər 24 May 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri