Icma.az
close
up
RU
Menu

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ülviyyə Fətəliyeva Grand Swiss də ilk onluğa daxil olub

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

Mehinin toyu olacaq

Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: Ağıllı toz dövrü başlayır

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

İtaliya NATO nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi əməliyyatda iştirak edəcək

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

Qvardiolanın taktikası, Flikin heyəti idarə etməsi, Kloppun ünsiyyəti və Naqelsmannın geyim tərzi ideal məşqçi təsviri

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

Azad və abad yurdlarımıza böyük fərəhlə köçürük

Azad və abad yurdlarımıza böyük fərəhlə köçürük

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azad olunmuş ərazilərimizdə uğurla həyata keçirilən Böyük Qayıdış çərçivəsində növbəti tədbir Xocalı rayonunun bir neçə kəndində gerçəkləşib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar sentyabrın 15-də Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.

Seyidbəyli kəndində olan dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verilib.

Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-i yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçüb.

İlham Əliyev həmçinin Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub. Bildirilib ki, burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb.

Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.

Qeyd edək ki, bu günlərdə Xocalının Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən ibarət 9 ailə köçürülüb. Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocalı rayonu, Seyidbəyli kəndinin sakini Rasim Ələkbərov bildirib ki, ötən əsrin 90-cı illərində kənd təkcə işğala məruz qalmamışdı, onun adı da dəyişdirilmişdi və işğalçılar ümumilikdə tarixi izləri silməyə çalışmışdılar: "Ermənilər təkcə torpağımızı işğal etməmişdi. Həm də qədim yurd yerlərimizin adını belə işğal etmişdilər. Qarabağda, xüsusilə də Xocalıda olan yer adlarımız erməniləşdirilmişdi. Bizim kəndin də adını dəyişməyə cəhd eləmidilər. Çox şükürlər olsun ki, bu gün doğma ocağımıza, isti yuvamıza, elə yurdumuzun öz adı altında qayıdırırq. Kəndimiz qədim türk yurdudur. Bu gün çox sevindiricidir ki, öz yurdumuza qayıdaraq kəndimizin adını daim yaşadacağıq".

Xocalının Seyidbəyli kəndinin digər sakini Soltan Əsədov belə bir həyəcanı yaşadığına görə şükürlər etdiyini bildirib: "Çox şükürlər olsun ki, o köç həyəcanını məndə yaşadım". O qeyd edib ki, müharibə bitdikdən sonra, Qarabağa, doğma evlərə dönməyin həsrətilə yaşayıb: "O qədər səbirsizlənirdik ki, bu ötən 5 il ərzində 30 ildə darıxdığımız kimi darıxdıq. Allahıma şükürlər olsun ki, bu günü yaşamağı bizə nəsib elədi. O qədər sevincli bə həyəcanlıyam ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ölkə başçısına minnətdarlığımızı bildiririk. Allah Azərbaycanımızı və ordumuzu qorusun".

Xocalı rayonunun Daşbulaq kənd sakini Aydın Əliyev bildirib ki, Xocalıya köçürülən sakinlər bu günü onlara yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirlər: "Düşünürəm ki, bizim onların ruhuna mənəvi borcumuz çoxdur. Onlar bizim rahat və firavan yaşamağımız üçün şəhid olublar".

O vurğulayıb ki, bu gün azad və abad yurdlarımıza böyük fərəh hissi ilə köçürük: "Hər kəs bir-birinə gözaydınlığı verir, bir-birini təbrik edir".

Xocalı rayonunun Daşbulaq kənd sakini Şəmi Əliyevin sözlərinə görə, xalq olaraq bugünkü sevincə layiqik. Çünki əsrlər boyu soyqırımlara, işgəncələrə məruz qaldıq. Amma geri çəkilmədik, əyilmədik: "Məhz elə bunun  nəticəsidir ki, şəhidlərimizin qanı bahasına və ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində bu günləri yaşayırıq. Ürəyimizdə bir nisgil var idi. Şükürlər olsun ki, bu nisgil sona yetdi. Uzun illərdən sonra hər kəs öz ata-baba yurdunda yaşayacaq, öz isti ocaqlarını yandıracaqlar".

Millət vəkili Anar İsgəndərov bildirib ki, Xocalı rayonuna köçün həyata keçirilməsi Azərbaycan dövlətçiliyi, xalqımızın milli iradəsi və Böyük Qayıdış strategiyası baxımından olduqca mühüm və simvolik əhəmiyyət daşıyır. Bu gün biz yalnız bir köç prosesindən danışmırıq - bu, bütöv bir xalqın 30 illik həsrətinə son qoyması, tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətin bərpasıdır. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Xocalının kəndləri müasir infrastruktur, təhlükəsizlik və sosial təminat baxımından ən yüksək standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bugünkü reallıq onu göstərir ki, Böyük Qayıdış sadəcə şüar deyil, sistemli və strateji əsaslara söykənən, mərhələli şəkildə həyata keçirilən milli proqramdır: "Xocalının özəlliyi həm də ondadır ki, bu rayon 1992-ci ildə insanlıq tarixinə qanlı Xocalı faciəsi ilə yazılmışdı. Xocalı təkcə bir coğrafi məkan deyil, həm də milli yaddaşımızın, şəhidlərimizin xatirəsinin yaşadığı bir rəmzdir. Bu gün isə həmin Xocalıya həyat qayıdır. Bu, şəhidlərimizin ruhuna ehtiram, sağ qalanlara isə haqq etdikləri qürur və təhlükəsizlik hissinin bəxş olunmasıdır. Xocalının kəndlərinə sakinlərin köçürülməsi, regionda sabitliyin və sosial həyatın yenidən qurulması baxımından strateji bir addımdır. Bu köç təkcə keçmişə dönüş deyil, həm də gələcəyə doğru inamlı bir addımdır. Azərbaycanın Qarabağ siyasəti artıq beynəlxalq miqyasda öz legitimliyini sübut etmiş, işğal sonrası dövrdə sülh və quruculuqla bağlı nümunəvi model təqdim etmişdir. Bu gün bizim qarşısında dayandığımız vəzifə sadəcə torpaqlara fiziki qayıdış deyil, bu torpaqlarda dayanıqlı inkişaf, vətəndaş rifahı və humanitar stabilliyin təminidir. Dövlətimiz tərəfindən Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr - yeni məktəblərin, tibb ocaqlarının, yolların, enerji və su təchizatının qurulması - bütün dünyaya göstərir ki, Azərbaycan öz vətəndaşının təhlükəsiz və layiqli həyatını təmin etməyə qadirdir. Bu tarixi prosesin bir hissəsi olmaq, xalqın etimadını daşıyan millət vəkili kimi bu dönüşün şahidi olmaq mənim üçün qürurvericidir. Qarabağ Azərbaycandır - bu sözlər artıq təkcə siyasi bəyanat deyil, reallığa çevrilmiş, icra olunmuş milli hədəfdir. Xocalının dirçəlməsi, kəndlərə həyatın qayıtması ilə Böyük Qayıdış davam edir və bu dönüş hər bir azərbaycanlının qəlbində və ruhunda əbədi yaşayacaq".

Millət vəkili Vüqar Rəhimzadənin dediyinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək Xocalı şəhidlərinin, ümumilikdə bütün şəhidlərimizin qanını yerdə qoymadı: "44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və bununla bağlı beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirir. Eyni zamanda işğaldan azad etdikdən sonra keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışını təmin etmək üçün işlərə başlanıldı. Qarabağa qayıdış konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar bütün dövlət qurumları müəyyən öhdəliklər götürüb. Aidiyyəti qurumlar da bu şərəfli missiyanı yerinə yetirmək üçün Prezidentin birbaşa nəzarəti altında mərhələli şəkildə bu işi təşkil etdi. Biz işğaldan azad olunmuş bir çox ərazilərə keçmiş məcburi köçkünlərin geri dönüşünün şahidi olmuşuq. Bu gün də köç prosesi uğurla davam etdirilir. Yalnız məcburi köçkünlərin dədə-baba yurdlarına qayıdış məsələsi öz həllini tapmır, eyni zamanda onların məşğulluq məsələləri də gündəmdədir. Həmin vətəndaşların icma fəaliyyətinin təşkili ilə əlaqədar da vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, aidiyyəti qurumlar tərəfindən layihələr həyata keçirilir. Həmin ərazilərə adaptasiya prosesləri mütəmadi olaraq araşdırılır. Daimi yaşayışın təmin edilməsi və bu insanların ərazilərə uyğunlaşması üçün xüsusi işlər görülür. Unutmamalıyıq ki, vaxtı ilə ərazilərindən çıxan keçmiş məcburi köçkünlərin əksəriyyəti gənc idilərsə, indi yaşlanıblar. O insanların övladlarının çoxu Qarabağ bölgəsində olmayıblar. Oraya köçən insanların daha faydalı olmaları üçün xüsusi layihələr keçirilir, ərazilərin potensialına uyğun yeni ixtisaslara yiyələnilməsi məsələləri öz həllini tapır".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:19
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see392

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see383

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see311

Ülviyyə Fətəliyeva Grand Swiss də ilk onluğa daxil olub

15 Sentyabr 2025 20:32see302

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see198

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see165

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see155

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see150

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see143

Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: Ağıllı toz dövrü başlayır

16 Sentyabr 2025 04:19see141

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see135

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see134

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see134

İtaliya NATO nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi əməliyyatda iştirak edəcək

16 Sentyabr 2025 01:16see133

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see129

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see129

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see129

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

17 Sentyabr 2025 04:57see121

Qvardiolanın taktikası, Flikin heyəti idarə etməsi, Kloppun ünsiyyəti və Naqelsmannın geyim tərzi ideal məşqçi təsviri

16 Sentyabr 2025 00:02see118

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

17 Sentyabr 2025 02:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri