Icma.az
close
up
RU
Azadə Novruzovanın “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı çap olunub

Azadə Novruzovanın “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı çap olunub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, Prezident mükafatçısı Azadə Novruzovanın “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” adlı kitabı çap olunub.

525.az xəbər verir ki, Böyük Zəfərimizin beşinci və Dövlət Suverenliyi Gününün ildönümünə həsr olunmuş, ölkəmizin ərazi bötüvlüyü və suverenliyinin təmin olunmasında şəhid olmuş qəhrəman övladlarımızın əziz ruhlarına ithaf olaraq nəşr olunan, Ombudsman Aparatının əməkdaşı, şair, publisist  Azadə Novruzovanın müəllifi olduğu ensiklopedik toplu tarixi yaddaşımızın qorunub saxlanılması, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

“Zəfər aşiqləri: Qarakilsə şəhidləri” ensiklopedik topluda əslən Zəngəzur mahalının Qarakilsə rayonundan olan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Ağudi, Comərdli, Urud, Şıxlar, Şəki, Qızılcıq, Sofulu, Ərəfsə, Dəstəyird, Murxuz, Vağudi,  kəndlərinin vətənpərvər döyüşçülərinin bioqrafik məlumatları və fotoları, eyni zamanda müəllifin “Şəhidim: ovunmayan həsrət” başlıqlı məqaləsi də oxuculara  təqdim olunur.

Kitabın ön sözündə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva qeyd edir ki, ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuzun İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edilib. Ombudsman əldə olunmuş parlaq Zəfərdən sonra dövlətimizin həyata keçirdiyi sülh siyasəti nəticəsində Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı, onların hüquqlarının təmin olunması ilə bağlı da şəraitin yarandığı, bu kontekstdə qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların və onların varislərinin qayıdış hüququnun təhlükəsiz formada təmin edilməsi, vurulmuş zərərə görə kompensasiya alması onların beynəlxalq sənədlərdə təsbit olunmuş fundamental hüquqları olduğu vurğulayıb.

Kitabın redaktorları  AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, t.ü.f.d., dosent Cəbi Bəhramov, t.ü.f.d., dosent, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova. rəyçilər t.ü.f.d., dosent Elmar Məhərrəmov və t.ü.f.d., dosent Bəxtiyar Həsənovdur.

Kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri