Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Azay Quliyev: “Vensin Bakı və İrəvana səfəri strateji baxımdan son dərəcə əhəmiyyətlidir“

Azay Quliyev: “Vensin Bakı və İrəvana səfəri strateji baxımdan son dərəcə əhəmiyyətlidir“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Vensin səfəri Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların möhkəmlənməsinə xidmət edəcək.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana gözlənilən səfəri strateji baxımdan son dərəcə əhəmiyyətlidir və bu səfəri bir neçə əsas istiqamət üzrə dəyərləndirmək lazımdır.

1. Belə yüksək səviyyədə, yəni ABŞ-ın ikinci şəxsinin bölgəmizə rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaza siyasi “geri dönüş”ünün ciddi olduğunu açıq şəkildə göstərir. Başqa sözlə, ABŞ vitse-prezidentinin Bakı və İrəvana səfəri Tramp administrasiyasının Cənubi Qafqazı birinci dərəcəli geosiyasi prioritet kimi qiymətləndirdiyinin və demokratlar dövründə itirilmiş imkanları bərpa etmək istədiyinin bariz göstəricisidir. Bu da təsadüfi deyil. Çünki Rusiyanın regionda gücü ciddi şəkildə zəifləyib, İranın təsir dairəsi məhdudlaşdırılıb və Çinlə qlobal rəqabət fonunda Orta Dəhliz, eləcə də alternativ logistika xətləri strateji əhəmiyyət qazanıb. Bu kontekstdə ABŞ artıq sadəcə müşahidəçi rolunda çıxış etmək yox, proseslərin birbaşa memarı olmaq niyyətindədir.

2. Bu səfər Azərbaycan–Ermənistan sülh prosesi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Prezident Tramp avqustun 8-də Vaşinqtonda sülh gündəliyi üzrə əldə edilmiş tarixi razılaşmanı öz administrasiyasının ən mühüm nailiyyətlərindən biri kimi möhkəmləndirmək istəyir. Məhz bu səbəbdən ABŞ Vensin səfərindən sülh prosesini “sementləşdirmək” üçün istifadə etmək niyyətindədir. Bu baxımdan səfərin üç əsas istiqamətdə təsirli ola bilər:

a) Ermənistan üzərində siyasi təzyiqin artırılması və parlament seçkilərindən sonra Azərbaycana qarşı heç bir ərazi iddiası ehtiva etməyən yeni Konstitusiyanın dərhal qəbulunun təşviqi;

b) Konstitusiyanın qəbulundan, yəni Azərbaycanın əsas şərtinin yerinə yetirilməsindən sonra bu ilin ikinci yarısında Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasının təminat altına alınması;

c) Sülhdə maraqlı olmayan Rusiya və İrana, habelə ABŞ-dakı erməni diasporuna və Ermənistan daxilindəki revanşist qüvvələrə açıq mesajın verilməsi ki, Cənubi Qafqazda sülhün qalıcı olmasına qlobal güc kimi ABŞ zəmanət verir. Vensin səfəri həm də iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın qələbəsi üçün də az əhəmiyyət kəsb etmir.

3. ABŞ vitse-prezidentinin səfəri eyni zamanda Zəngəzur dəhlizinin bir qolu olan TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsinə, Ermənistan tərəfindən hər hansı gecikmələrin və ya prosesdən yayınmaların qarşısının alınmasına yönəlib. Bu məsələdə verilən mesaj olduqca aydındır: TRIPP marşrutu vasitəsilə Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının yaradılması, İran və Rusiyaya qarşı tətbiq olunan sərt sanksiyalar fonunda Orta Dəhlizin qlobal logistika xəritəsində mövqeyinin gücləndirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Vaşinqton bu prosesdə söz sahibi olmaq istəyir və məhz buna görə TRIPP brendləşdirilir. Beləliklə, Zəngəzur dəhlizi regional təşəbbüsdən çıxaraq qlobal iqtisadi və təhlükəsizlik layihəsinə çevrilir. Ona qarşı çıxmaq artıq təkcə Azərbaycana deyil, birbaşa ABŞ maraqlarına qarşı çıxmaq kimi qiymətləndiriləcək.

4. Vensin bölgəyə səfəri Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə və ABŞ–Azərbaycan münasibətlərinin strateji xarakter almasına ciddi töhfə verəcək. Vensin səfəri zamanı iki ölkə arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Xartiyasının bütün detallarınını razılaşdırılacaq. Hətta, imzalanma Vaşinqtonda, Ağ evdə nəzərdə tutulmayıbsa Bakıda da Xartiya imzalana bilər. Bu sənəd vasitəsilə müdafiə və təhlükəsizlik, süni intellekt, regional bağlantılar və iqtisadi sahələr üzrə əməkdaşlıqda yeni mərhələyə start veriləcək. Eyni zamanda ABŞ sərmayələrinin Azərbaycana axını başlayacaq.

5. 907-ci düzəlişin birdəfəlik ləğvi və ABŞ qanunvericiliyindən çıxarılması istiqamətində konkret nəticənin əldə olunması baxımından da Vensin Bakıya səfəri əlverişli fürsət yaradır. Tramp administrasiyası yaxşı anlayır ki, köhnəlmiş, bədnam və əsassız narrativlər üzərində qurulmuş bu düzəliş ilk növbədə ABŞ üçün əlavə yükdür və onun milli maraqlarına cavab vermir. Azərbaycan tərəfi qəti şəkildə tələb edir ki, bu düzəlişin ləğvi üçün administrasiya Konqreslə işi gücləndirsin və respublikaçıların Konqres və Senatda üstünlük təşkil etdiyi indiki mərhələdə məsələ birdəfəlik həll edilsin.

6. Vensin səfəri geosiyasi proseslərə mümkün təsiri baxımından da ayrıca dəyərləndirilməlidir. Buraya İran və Rusiyanın Cənubi Qafqazdakı rolu, ABŞ-ın bu dövlətlərə münasibətdə yürüt¬düyü siyasət, İsrail–Fələstin münaqişəsinin nizamlanması, eləcə də Sülh Şurasının gələcək fəaliyyətinə dair məsələlər daxildir. İstisna olunmur ki, səfər çərçivəsində Bakının geosiyasi dialoq və münaqişələrin tənzimlənməsi üçün etibarlı platforma və danışıqlar məkanı kimi çıxış etməsi məsələsi də müzakirə olunsun.

7. Ümumilikdə, Tramp administrasiyası Vensi Bakı və İrəvana göndərməklə ABŞ-ın Cənubi Qafqazı “toqquşma zonası” kimi deyil, logistika, inkişaf və uzunmüddətli sabitlik məkanı kimi gördüyünü ortaya qoyur. ABŞ Azərbaycanın təbii müttəfiqi və sarsılmaz qardaşlıq münasibətlərinə malik Türkiyənin regiondakı strateji rolunu və həlledici əhəmiyyətini də dəqiq qiymətləndirir. Məhz bu kontekstdə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasının yalnız Azərbaycan prizmasından yanaşılmaqla mümkün olduğu və ABŞ-ın bölgəyə dair siyasətində bu reallığın əsas götürüldüyünə dair müəyyən mesajların verilməsi də istisna edilmir.

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:363
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri