“Səbail”dən “YAARA” ilə bağlı bəyanat
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Səbail" Peşəkar Futbol Klubu "YAARA" MMC ilə yaranmış mübahisə ilə bağlı bəyanat yayıb. Sport24.az xəbər verir ki, klubun bəyanatında bildirilir ki, tərəflər arasında 11 sentyabr 2026-cı il tarixində müqavilə imzalanıb.
Anlaşmaya əsasən, tekstil şirkəti akademiya üçün ƏDV daxil olmaqla, ümumilikdə 85 255 manat dəyərində futbol geyim dəstləri hazırlamağı öhdəsinə götürüb. Lakin sonradan "YAARA" MMC 33 350 manat məbləğində avans ödənişinin edilmədiyini əsas gətirərək müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edib.
"Səbail" isə müqavilədə nəzərdə tutulan 60 faizlik avans ödənişini həyata keçirdiyini vurğulayıb. Klubun açıqlamasına görə, 2 oktyabr 2026-cı il tarixində "YAARA" MMC-nin direktoru Yaqut Bayramova 20 min ABŞ dolları nağd şəkildə təqdim edilib. Həmin məbləğin manat ekvivalenti 34 min manat təşkil edib.
Bundan əlavə, noyabrın 5-də şirkətin əsas bank hesabına 10 min manat, ƏDV depozit hesabına isə 9 min manat köçürülüb. Beləliklə, klub müqavilə üzrə ümumilikdə 53 min manat ödəniş etdiyini bildirib.
Bəyanatda qeyd olunub ki, müqavilənin 2.3-cü bəndinə əsasən, tələb olunan 60 faizlik avans məbləği 51 153 manatdır. Klubun mövqeyinə görə, həyata keçirilən ödənişlər avans öhdəliyinin tam qarşılandığını təsdiqləyir.
"Səbail" tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar "YAARA" MMC-nin pretenziya məktubuna cavab göndərildiyini də açıqlayıb. Klubun iddiasına görə, Yaqut Bayramova məsələni təhrif olunmuş formada təqdim edir, İdarə Heyətinin sədri Mirzə Bayramovun ünvanına həqiqəti əks etdirməyən ittihamlar səsləndirir və mətbuata yanlış məlumatlar çatdırır.
Bəyanatın sonunda "Səbail" yaranmış vəziyyətin araşdırılması məqsədilə Kommersiya Məhkəməsinə və digər müvafiq qurumlara müraciət etdiyini bildirib.
Baxış sayı:66
Bu xəbər 29 Noyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















