Azər Bağırov: Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Çətin oyun oldu. Bilirdik və gözləyirdik ki, "Araz-Naxçıvan" daha çox hücum edəcək. Altı tur içərisində bəlkə də ən həyəcanlı oyunlarımdan biri idi. Çünki qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən. Bu epizodlar məni çox üzür. Amma irəliyə baxıb, müdafiədə və hücumda daha səlist oynamağa çalışacağıq. "Şamaxı" azarkeşlərinə də dəstəyə görə təşəkkür edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la (2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qələbədə əsas pya sahibi Rikardo Fernandes idi?
- Həqiqətən bir ailə olmaq lazımdır. Qələbəmizdə ehtiyat oturan futbolçunun bəlkə də meydançadakı futbolçudan daha çox payı var. Çünki motivasiya, bir-birimizə dəstək olmağımız çox önəmlidir. Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Sentyabr 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















