Icma.az
close
up
RU
Azər Kərimli: Fransanın neokolonializm siyasəti humanizmə qarşı elan olunmamış müharibədir

Azər Kərimli: Fransanın neokolonializm siyasəti humanizmə qarşı elan olunmamış müharibədir

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çox simvolikdir, bizim bugünkü görüşümüz məhz Xocalı soyqırımının 33-cü ildönümü günü baş tutur. 33 il əvvəl məhz 25-26 fevralda erməni faşistləri Qarabağın Xocalı şəhərinə hücum edib, bu şəhəri yerlə bir edərək 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetiriblər. Simvoliklik isə ondan ibarətdir ki, tarix boyu buna bənzər onlarla cinayətləri törətmiş, Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d`İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqları qətlə yetirmiş, eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyan Fransa erməni faşistlərini o zamanlar da dəstəkləyib, bu gün də Ermənistanın revanşist qüvvələrinə həm mənəvi, həm siyasi, həm maddi, həm də hərbi dəstək verir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə yaradılmış Korsika xalqına dəstək qrupunun üzvü, deputat Azər Kərimli Fransa müstəmləkəsində olan xalqların nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, XXI əsrdə müstəmləkəçiliyin mövcudluğu bəşəriyyətin ən böyük problemlərindən biridir və Fransanın neokolonializm siyasəti, əslində bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış müharibədir:

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə başlatdığı fəal müqavimət prosesi "Bandunq prinsipləri"nin yenidən fəal şəkildə təbliğ olunmasına, müstəmləkəçilikdən və neokolonializmdən əziyyət çəkən xalqların haqq səsinin ucaldılmasına zəmin yaradıb.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalayıb və bu gün rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aqressiv, beynəlxalq hüquqa zidd siyasətinin təməlində dayanan amillərdən biri də məhz Azərbaycanın fransız neokolonializmindən əziyyət çəkən xalqların haqq səsinə verdiyi dəstək və neoimperialist iddialara boyun əyməməsidir.

Ancaq Azərbaycan fransız neokolonializmindən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək və heç bir təzyiq Azərbaycan xalqının və dövlətinin iradəsinə güc gələ bilməyəcək".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see245

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see172

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see125

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see122

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see120

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri