Icma.az
close
up
RU
Azər Xudiyev: Kiyevdəki səfirliyimizin əməkdaşlarına dəstəyə hazıram MÜSAHİBƏ

Azər Xudiyev: Kiyevdəki səfirliyimizin əməkdaşlarına dəstəyə hazıram MÜSAHİBƏ

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycanın Ukraynadakı sabiq səfiri, diplomat Azər Xudiyev Sfera.az-a müsahibə verib.
Materialı təqdim edirik:
- Azər müəllim, bir neçə gün öncə Azərbaycanın Ukraynadakı səfirliyi Rusiyanın raket hücumuna məruz qaldı. Sizcə, bu hücum Rusiyanın Azərbaycana mesajı kimi dəyərləndirilə bilərmi?
- Bu gün Ukraynada çox ağır durum yaşanır. Rusiya qoşunları dayanmadan istər hərbi infrastrukturları, istərsə də başqa strateji obyektləri ballistik raketlərlə, dronlarla hədəf alır. Təəssüflər olsun ki, səfirliyimiz müharibənin gedişatına görə çox təhlükəli yerdədir. Çünki səfirliyin ətrafında hərbi obyektlər, zavodlar yerləşir. Onlardan da bəziləri işləyir, bəziləri isə depo kimi istifadə olunur. Bu səbəbdən də həmin istiqamətlər müharibənin ilk günlərindən vurulur və vurulmağa davam edəcək. Ən son hadisədə isə raket səfirliyimizin birbaşa ərazisinə düşüb və inzibati bina zədə alıb. Şükürlər olsun ki, diplomatik heyətimizə zərər dəyməyib. Hesab edirəm ki, təcili olaraq diplomatlarımız xidməti fəaliyyətlərini Kiyevin daha təhlükəsiz yerinə köçürülərək davam etdirməlidirlər. Çünki əks təqdirdə yeni raket zərbələri nəticəsində bədbəxt hadisə baş verə bilər.
Ümumilikdə, bunu dəqiq deyə bilərəm ki, səfirliyimizin binası və ətrafı yenidən hədəf alınacaq. Rusiyanın raketləri texnoloji baxımdan zəifdir, onlar dəqiq hədəf ala bilmirlər. Bu baxımdan səfirliyimizin binası böyük risk altındadır. Bu gün səfirlik əməkdaşlarının orada qalıb çalışması çox risklidir. Bu mənada mən açıq şəkildə Azərbaycan XİN-ə müraciət edirəm ki, Kiyevin ən təhlükəsiz və mərkəzi hissəsində yerləşən 400 kvadratlıq son texnologiyalarla təchiz olunmuş ofisimi səfirliyin fəaliyyət göstərməsi üçün təqdim etməyə hazıram və bu mənim üçün böyük şərəfdir. Həmin binanın bunkeri də var. Səfirliyin əməkdaşları bizim üçün çox doğmadır, hər mənada dəstəyə hazıram.
- Sizcə, evakuasiyanın reallaşdırılmamasının əsas səbəbi nədir?
-Bu sualın cavabı şəxsən mənim üçün qeyri-müəyyəndir. Bu məsələyə XİN qərar verməlidir və ümid edirəm ki, düzgün istiqamətdə qərar qəbul edilər.
- Bir neçə ay öncə Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini də hədəf almışdı. Bu baxımdan hücumları silsilə plan hesab edə bilərik?
- Bunu demək çətindir. SOCAR-ın obyektinin vurulmasının bir çox səbəbləri var. Birinci səbəb SOCAR-ın bu gün Ukrayna hərbi qüvvələrini yanacaqla təmin etməsidir. Ümumiyyətlə orada olan digər şirkətlərə məxsus yanacaqdoldurma məntəqələri də vurulub və vurulur. Odessada həmin obyektin yerləşdiyi ərazi Rusiya üçün hərbi hədəf hesab olunur. Ona görə də Rusiya üçün Azərbaycana məxsus obyektin orada olmasının önəmi yoxdur.
- Azər bəy, Aktau yaxınlığında təyyarəmizin vurulması, ardınca Azərbaycana məxsus obyektlərin Rusiya tərəfindən hədəf alınması Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratdı. Lakin ötən ay Düşənbədə Əliyev-Putin görüşündə ikitərəfli əlaqələrin inkişafı məsələsinə toxunuldu. Sizcə, hazırda Rusiya-Azərbaycan əlaqələri hansı səviyyədədir?
- Rusiya hələ Sovet dönəmindən hansı təyyarəni vururdusa, daha sonra bunu boynuna almırdı. Yəni bu siyasi təkəbbür Rusiyanın xislətində var. Rusiya Aktau qəzasında izləri itirməyə çalışsa da, buna nail ola bilmədi. Dövlət başçımız bu məsələdə siyasi iradəsini ortaya qoydu. Rusiya hökuməti isə imperializm düşüncəsini ortaya qoyaraq absurd bəhanələr gətirməyə başladı.

Rusiya bilir ki, bu gün müharibə şəraitindədir və müttəfiqlərini bir-bir itirir. Azərbaycan isə Rusiya üçün uğurlu müttəfiqdir. Həm də onlar bizim bu məsələdə qəti mövqemizi gördülər. Buna görə Düşənbə görüşündə Putin dolayısıyla qəzada səbəbkar olduqlarını etiraf etdi. Lakin birbaşa etiraf edilmədi. Bu da göstərir ki, Rusiya bizə qarşı heç zaman səmimi olmayacaq. Artıq o da aydındır ki, Rusiya-Azərbaycan münasibətləri heç vaxt əvvəlki kimi olmayacaq. “Qırmızı xətt”i onlar keçiblər. Rusiya öz qardaşını, öz dinindən, dilindən olan bir xalqı qırır, onlarla müharibə edir. Biz onlar üçün qiymətli ola bilmərik.
- Məlumdur ki,  Azərbaycan Rusiya-Ukrayna müharibəsində balanslı mövqeyə sahibdir. Bu kimi hadisələr balanslı mövqedə dəyişikliyə yol aça bilərmi?
- Azərbaycan müharibənin ilk günlərindən müxtəlif diplomatik kanallarla bildirib ki, Ukrayna ilə eyni taleni yaşayıb. Yəni biz də işğala məruz qalmışıq, əhalimiz qaçqın düşüb. Xatırlayıram ki, müharibənin ilk günlərində azərbaycanlılar Ukrayna səfirliyinin qarşısında yığışmışdılar, humanitar yardım edirdirlər. Hətta elə adam var idi ki, yemək bişirib gətirmişdi ki, onu Ukraynaya çatdıraq. Mən də çalışdığım dönəmdə tərəflər arasında gözəl münasibəti qoruyub saxlamağa çalışırdım.

Rəsmi olaraq isə Azərbaycan hər zaman Ukraynanın ərazi bütovlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan XİN-in nəzdində fəaliyyət göstərən AİDA vasitəsi ilə böyük həcmdə humanitar yardımlar Ukraynaya göndərilib. Yüzlərlə ukraynalı uşaq müharibə zamanı aldığı psixoloji travmalara görə reabilitasiya edilməsi üçün Azərbaycana gətirilib və müvafiq müalicə aparılıb. Sözügedən yardımlar bu gün də ölkəmiz tərəfindən davam etdirilir. Və bunun nəticəsi olaraq Ukrayna prezidenti Volodimir Zelenski ölkə başcısı cənab İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir.
- Ümumilikdə, regionumuzda, qonşu ölkələrdə gərginliyin artdığı hiss olunur.  Regionumuzda baş verənlər fonunda Azərbaycanın siyasətini necə qiymətləndirirsiniz?
- Qeyd etdiyiniz kimi, regionda gərgin siyasi vəziyyət hökm sürür. Rusiya müharibəyə davam edir, Gürcüstanda və Ermənistanda daxili qeyri-sabitlik hökm sürür, 12 günlük savaşdan sonra İranın durumu da göz önündədir. Bu proseslər fonunda Azərbaycanda sabitlik və davamlı inkişaf mövcuddur. Bu cür uğurlu nümunənin formalaşmasının əsas memarı isə cənab Prezident İlham Əliyevdir. Məhz onun uğurlu diplomatik gedişləri, böyük güclərlə, o cümlədən region ölkələri ilə münasibətlərdə dəqiq, hesablanmış addımlar atması Azərbaycanın bugünkü uğurunda başlıca faktor rolunu oynayır. Nəticədə Azərbaycan regionda sabitlik məkanına çevrilib. Əminəm ki, İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan gələcək perspektivdə də regional gərginliklərdən zərər görmədən çıxmağı bacaracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri