Icma.az
close
up
RU
Azərbaycan abidələri Rusiyanın hücumlarından belə qorunur FOTO

Azərbaycan abidələri Rusiyanın hücumlarından belə qorunur FOTO

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hava zərbəsindən və ümumiyyətlə Rusiya ordusunun Kiyevə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kiyev vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işlərinə başlanılıb.

Modern.az xəbər verir ki, artıq səfirliyin qarşısındakı Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində tədbirlərə start verilib. Qarşıdakı günlərdə digər abidələrin də mühafizəsi üzrə işlər həyata keçiriləcək. Bu proses SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən icra olunur.

“SOCAR Ukraine”nin əməkdaşı Andrey Pomiluiko bildirib ki, son vaxtlar Kiyevdə Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artması abidələrin qorunmasını zəruri edib. “Kiyev şəhəri və Kiyev vilayətində Azərbaycan Respublikasına aid bir sıra abidələr mövcuddur. Bunlara Kiyevdəki Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin abidəsi və fəvvarəsi, İrpen şəhərinin Dostluq parkındakı Zərifə Əliyevanın abidəsi, eləcə də Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri daxildir. Hazırda bütün bu abidələrin yanğına davamlı brezentlə örtülməsi, ətrafının qum kisələri ilə möhkəmləndirilməsi və üzərinə taxta karkas quraşdırılması işləri aparılır. Abidələrin fasad hissəsində isə onların konturunu əks etdirən banerlər yerləşdiriləcək”,- deyə Andrey Pomiluiko əlavə edib.

Azərbaycana məxsus abidələrin mühafizə işlərinin yaxın bir həftə ərzində tamamlanması nəzərdə tutulur. Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər. (Mənbə: Azərtac)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri