Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycan ABŞ elm və innovasiya əməkdaşlığı

Azərbaycan ABŞ elm və innovasiya əməkdaşlığı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dünən Bakıda “Philip Morris International” PMI şirkətinin təşkilatçılığı və Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi ilə “Texnovasiya: dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” mövzusunda konfrans keçirilib. Dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq şirkətlərin və ekspert icmasının nümayəndələrinin iştirak etdikləri toplantıda dayanıqlı iqtisadi artımın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində elmin, innovasiyaların və müasir texnologiyaların rolu müzakirə edilib.

Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Dəyanət Sadullayev bildirib ki, qlobal dəyişikliklər və artan geosiyasi risklər fonunda bizneslərin dayanıqlılığının gücləndirilməsi əsas prioritetlərdən birinə çevrilib. Müasir dövrdə biznes icmaları üçün yeni texnologiyaların tətbiqinin kifayət etmədiyini diqqətə çatdıran icraçı direktorun sözlərinə görə, şirkətlər biznes modellərini yeniləməli, fəaliyyətlərinin səmərəliliyini artırmalı, yeni çağırışlara uyğunlaşmalı və əlavə dəyər yaratmalıdır. Qeyd olunub ki, dünyada baş verən sürətli dəyişikliklərin biznes mühitində qeyri-müəyyənliyi artırdığı və şirkətlərdən daha çevik yanaşma tələb edildiyi hazırkı şəraitdə texnologiya, kommunikasiya və dialoq platformaları xüsusi əhəmiyyət daşıyır.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, hazırda Azərbaycan və ABŞ arasında yeni mərhələyə qədəm qoyan iqtisadi əməkdaşlıq süni intellekt, yüksək məhsuldarlıqlı hesablamalar və rəqəmsal innovasiyalar sahələrini əhatə edir. Onun sözlərinə görə, ABŞ son 30 ildən artıq müddətdə Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biri olub və iki ölkə enerji, ticarət və rəqəmsal transformasiya sahələrində güclü əməkdaşlıq bazası formalaşdırıb.

Ötən həftə keçirilən Azərbaycan–ABŞ İqtisadi Dialoqunun tərəflər arasında yeni əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirdiyini vurğulayan nazirlik rəsmisi bildirib ki, enerji və kritik minerallar sahəsində əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, tərəflər yüksək məhsuldarlıqlı hesablamalar, süni intellekt, infrastruktur, bulud texnologiyaları və rəqəmsal innovasiyalar üzrə tərəfdaşlığın yeni mərhələsini inkişaf etdirirlər.

Energetika nazirinin müavini Elnur Soltanov deyib ki, Azərbaycanın iqtisadi inkişafının mühüm göstəricilərindən biri ölkədə formalaşan bilik və bacarıqların beynəlxalq bazarlara çıxarılmasıdır. Son onilliklərdə ölkəmizin enerji sektorunun böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran nazir müavininin sözlərinə görə, əvvəllər enerji layihələrinin həyata keçirilməsində xarici maliyyə və texnologiyalara daha çox ehtiyac duyulurdusa, hazırda Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir.

Qeyd olunub ki, Azərbaycan Dövlət Neft Şirkəti hazırda təkcə neft və qaz deyil, eyni zamanda, ölkədə formalaşmış peşəkar bilik və bacarıqları ixrac edir. Şirkətin Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Yunanıstan və digər ölkələrdə emal, logistika və enerji layihələrində iştirakını xatırladan nazir müavininin fikrincə, iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri də məhz insan kapitalı və toplanmış təcrübənin xarici bazarlarda dəyərə çevrilməsidir.

4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov isə qeyd edib ki, Azərbaycan süni intellekt iqtisadiyyatının inkişafı üçün mühüm üstünlüklərə malikdir və bu sahədə regional mərkəzə çevrilmək potensialına sahibdir. Süni intellektin qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyini bildirən icraçı direktorun sözlərinə görə, “NVIDIA” şirkətinin qiymətləndirmələrinə əsasən, 2040-cı ilədək süni intellekt iqtisadiyyatının qlobal iqtisadiyyata töhfəsi 22 trilyon ABŞ dollarına çata bilər.

Azərbaycanın son 3 ildə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atdığını diqqətə çatdıran F. Cəfərov bildirib ki, hazırlanan Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində 2026–2029-cu illərdə 300-dən çox yerli şirkət və kiçik, orta biznes subyektinin rəqəmsal transformasiya proqramlarına cəlb edilməsi planlaşdırılır.

“Ələt Azad İqtisadi Zonası Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixracyönümlü istehsalın genişlənməsinə və xarici investisiyaların cəlb olunmasına xidmət edən mühüm platformadır. Burada fəaliyyət göstərən müəssisələr əsasən ixracyönümlü istehsala üstünlük verməlidirlər. Bu yanaşma yerli bazara yönəlmiş fəaliyyətlə bağlı qeyri-bərabər rəqabət risklərinin qarşısını almaqla yanaşı, Azərbaycanın beynəlxalq istehsal və ticarət şəbəkələrinə inteqrasiyasını gücləndirir”. Bu fikirləri isə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov konfransdakı çıxışı zamanı səsləndirib.

Ələt Azad İqtisadi Zonasının Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşdiyini xatırladan V.Ələsgərovun sözlərinə görə, bu amil rezident şirkətlərə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş bazarlara çıxış imkanı yaradır.

Konfransda “Philip Morris International” şirkətinin MDB ölkələri üzrə xarici əlaqələr direktoru Aleksey Kim, qurumun elmi əməkdaşlıq üzrə direktoru Tomoko İida, bp şirkətinin transformasiya və texnologiyalar üzrə meneceri Marianna Kərimova çıxış edərək Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafına töhfə verən innovativ həllərin təşviqi, təcrübə mübadiləsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı mülahizələrini bölüşüblər.

Toplantı çərçivəsində hökumət və sənaye nümayəndələrinin iştirakı ilə iqtisadi transformasiyaya dair panel sessiyalar keçirilib, eləcə də biznes sektorunda innovativ həllərin tətbiqi və korporativ transformasiya istiqamətində beynəlxalq təcrübəyə nəzər salınıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2026 03:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri