Icma.az
close
up
RU
Azərbaycan Aİ nin “Qlobal qapılar” layihəsində

Azərbaycan Aİ nin “Qlobal qapılar” layihəsində

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Aİ-nin “Qlobal Qapılar” layihəsində Azərbaycan strateji mövqedədir

İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadiyyat Forumunun (DİF) illik toplantıları qlobal iqtisadi potensialın müzakirələrindən ən nüfuzlu beynəlxalq platforma sayılır. Azərbaycan Prezidenti İlham Əliyev hər il bu toplantıya qatılır və dünyanın bir çox aparıcı şirkət nümayəndələri, eləcə də dövlət liderləri ilə görüşlər keçirir.

DİF-in 56-cı toplantısında dövlət başçısının iş qrafiki hər zaman olduğu kimi intesivliyi və dinamikliyi ilə seçilib. Prezident burada həm ikitərəfli görüşlərdə, həm də tədbir və panel iclaslarda iştirak edib. Bu ölkəmizin iqtisadi potensialının və inkişaf strategiyasının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Davosda keçirilən görüşlər qeyri-neft sektorunun inkişafı baxımından da olduqca vacib sayıla bilər. Azərbaycanın nəqliyyat-logistika imkanları, xüsusilə Orta Dəhliz üzrə layihələr, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq perspektivləri müzakirələrin  əsas mövzuları sırasında yer alıb.

Yanvarın 20-də “Euronews” telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə dövlətimizin başçısı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb. Öncə qeyd edək ki, belə bir tədbirin keçirilməsində əsas məqsəd daşımalar, energetika və iqtisadi inkişaf üzrə regional qovşaq kimi Azərbaycanın artan rolunu araşdırmaq olub. Hökumət rəsmilərinin, biznes rəhbərlərinin və sərmayədarların iştirakı ilə keçirilən tədbir regional daşımalar, strateji sərmayə prioritetləri və ölkəmizin dayanıqlı inkişafla bağlı planlarını nəzərdən keçirməyə yönəlib.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərə, o cümlədən Azərbaycanın logistik imkanlarına diqqət çəkib: “Bizim Avropa İttifaqının “Qlobal Qapılar” adlanan layihəsi haqqında məlumatımız var. Bu layihə Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək və əlbəttə ki, Azərbaycan burada önəmli rol oynayır. Bu vaxtadək biz əsasən öz nəqliyyat infrastrukturumuza - dəniz limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara sərmayə yatırmağa nail olmuşuq. Beləliklə demək olar ki, hər bir şey artıq hazırdır”.

Məlum olduğu kimi, Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Məhz bu səbəbədən Aİ-nin “Qlobal Qapılar” layihəsində ölkə açar mövqeyində dayanır. Rəsmi Bakı regionun logistika arxitekturasını yenidən quran idarəedici mərkəz kimi çıxış edir. Avropa İttifaqının 2021-ci ildə elan etdiyi “Qlobal qapı” təşəbbüsü dünya üzrə strateji infrastruktur layihələrini öz təsir dairəsinə daxil etmək məqsədi daşıyır. Təşəbbüs çərçivəsində rəsmi Brüssel 2027-ci ilə qədər 300 milyard avroluq investisiya paketi formalaşdırmağı hədəfləyib və həmin investisiyaların əsas istiqamətlərindən biri də Avrasiya boyunca təhlükəsiz, siyasi risklərdən uzaq tranzit xətlərinin qurulmasıdır.

Bu konteksdə Avropa üçün əsas çağırışlardan biri alternativ marşrutların formalaşdırılmasıdır. “Qlobal Qapılar” təşəbbüsü çərçivəsində Azərbaycanın əhəmiyyəti strateji xarakter alır. Hazırkı geosiyasi şəraitdə Azərbaycanın marşrut kimi kənarda qalması faktiki olaraq yüklərin sanksiyaların tətbiq olunduğu ərazilərdən daşınması deməkdir. Mövcud olan digər iki alternativ istiqamət də Azərbaycanın şimal və cənub sərhədləri boyunca yerləşən, sanksiya rejiminin qüvvədə olduğu zonalardan keçir. Bu isə nə ixracatçılar, nə də xüsusilə son istehlakçılar üçün məqbul və rahat hesab edilə bilməz. Nəticə etibarilə formalaşmış vəziyyət onu göstərir ki, Avropanın Mərkəzi Asiya ilə dayanıqlı və təhlükəsiz bağlantı qurması baxımından Azərbaycan yeganə etibarlı, risklərdən uzaq və konstruktiv tranzit tərəfdaşına çevrilib.

Yeri gəlmişkən, həyata keçirilən nəqliyyat siyasəti imkan verir ki, Azərbaycan bu işlərin öhdəsindən gəlsin. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsində ən böyük və müasir limanlardan biridir. Yaxın illərdə bu limanın buraxılış qabiliyyətinin ildə 25 milyon tona qədər çatdırılacaq. Həmçinin Bakı–Tbilisi–Qars dəmiryolu xəttində yenidənqurma işləri, doqquz beynəlxalq hava limanın istifadəyə verilməsi ölkəni materikin nəqliyyat qovşağına çevirib. 

Həmçinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması regionun nəqliyyat və logistika potensialını keyfiyyətcə yeni mərhələyə daşıyır. Uzun illər münaqişələr və siyasi gərginlik səbəbindən reallaşmayan layihələr bu gün real perspektivə çevrilir. Bu kontekstdə xüsusi diqqət mərkəzində olan əsas məsələ Zəngəzur dəhlizinin (TRIPP) açılmasıdır. Qiymətləndirilmələrə görə, Zəngəzur dəhlizi (TRIPP) istifadəyə verildikdə  Çindən Avropaya daşımaların müddəti  2 dəfəyə qədər düşəcək, logistika xərcləri 35–40 faiz azalacaq.

Bu baxımdan Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən yeni və daha qısa marşrutun əsas hissəsidir. Məhz bu səbəbdən layihə qlobal güclərin də diqqətini cəlb edir. Zəngəzur dəhlizi artıq regional layihə çərçivəsindən çıxaraq beynəlxalq maraqlar müstəvisinə keçib. ABŞ kimi böyük dövlətlərin bu marşruta maraq göstərməsi onun geosiyasi və geoiqtisadi əhəmiyyətindən xəbər verir. Qlobal ticarət marşrutlarının təhlükəsizliyi, alternativ yolların yaradılması və sanksiya risklərindən kənar nəqliyyat xətlərinin formalaşdırılması bu marağın əsas səbəblərindəndir. Məhz bu reallıq fonunda Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi ön plana çıxır. Rəsmi Bakı regionda sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı rolunda çıxış edir.

Musa BAĞIRLI

XQ

Ekspert rəyi

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı 

“Qlobal Qapılar” layihəsi yeni dövrdə Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin daha da gücləndirilməsini nəzərdə tutan mühüm təşəbbüsdür. Burada söhbət Avropa ilə Mərkəzi Asiya arasındakı münasibətlərin həm iqtisadi, həm də siyasi baxımdan dərinləşdirilməsindən gedir.

Cənab Prezidentin Davos Dünya İqtisadi Forumunda da vurğuladığı kimi, Avropa ilə Mərkəzi Asiya arasında etibarlı və dayanıqlı körpünün yaradılması məhz Azərbaycan vasitəsilə mümkündür. Çünki Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayır. Eyni zamanda ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə sıx strateji əməkdaşlıq və qardaşlıq münasibətləri qurub. Paralel olaraq Azərbaycan Avropa məkanında da bir sıra ölkələrlə strateji tərəfdaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərə malikdir.

Digər tərəfdən Azərbaycan regionda sülhü və sabitliyi təşviq edən, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi tanınır. Ölkəmiz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir və artıq Orta Dəhlizin əsas həlqələrindən birinə çevrilib.

Bu baxımdan Avropa ilə Mərkəzi Asiya arasında həm iqtisadi, həm də siyasi əlaqələrin genişlənməsi məhz Azərbaycan üzərindən real və praktik xarakter daşıyır. Azərbaycanın “Qlobal Qapılar” təşəbbüsündə fəal iştirak etməsi də onu göstərir ki, ölkəmiz bu kimi beynəlxalq layihələrdə aktiv rol oynamaq niyyətindədir və bunu davam etdirəcək.

Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın bu prosesdəki əhəmiyyətli rolu, əlverişli coğrafi mövqeyi, güclü iqtisadi göstəriciləri və balanslaşdırılmış siyasi xətti onu deməyə əsas verir ki, gələcəkdə Avropa ilə Mərkəzi Asiya arasındakı münasibətlərin daha da dərinləşməsi məhz Azərbaycan vasitəsilə mümkün olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri