Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib Tahir Mirkişili

Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib Tahir Mirkişili

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan Şərqlə Qərb arasında mühüm körpü rolunu oynamağa davam edir. Eyni zamanda, Şimal ilə Cənubu birləşdirən nəqliyyat qovşağı kimi çıxış edən ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilib. Son 20 ildə nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan addımlar həm daxili nəqliyyat sisteminin inkişafına töhfə verib, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirib. Yeni quru və dəmir yolları, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri, metro stansiyaları və yol qovşaqlarının tikilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə verdiyi məlumatlar ölkəmizin bu sahədə əldə etdiyi uğurları və qarşıdakı perspektivləri bir daha ortaya qoyub:

“Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi və bunun ölkəmizin iqtisadi, siyasi nüfuzuna müsbət təsiri illər öncə aparılmış uzaqgörən siyasətin nəticəsidir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə tələbatın artması onların buraxıcılıq qabiliyyətinin genişləndirilməsini tələb edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi əvvəlcə müəyyən müqavimətlə qarşılaşsa da, ölkəmizin ardıcıl siyasəti nəticəsində uğurla tamamlandı. Bu layihə olmasaydı, bu gün Orta Asiyadan Avropaya yükdaşımalar çətinləşərdi və Azərbaycanın tranzit rolu zəifləyərdi”.

Deputat əlavə edib ki, 2024-2026-cı illəri əhatə edən Fəaliyyət Planında tranzit potensialın artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi nəzərdə tutulub. Son 20 ildə Azərbaycanda 1500 kilometrdən çox yeni dəmir yolu tikilib, 1800 kilometri isə yenidən qurulub. Bundan əlavə, 21 min kilometr avtomobil yolu çəkilib, 335 körpü, 45 tunel və 163 yerüstü və yeraltı keçid inşa olunub. Azad edilmiş ərazilərdə də mühüm nəqliyyat layihələri həyata keçirilir, ümumilikdə 3400 kilometrə yaxın avtomobil yolu çəkilib.

Eyni zamanda, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub, Qəbələ, Zaqatala, Füzuli və Zəngilanda yeni hava limanları istifadəyə verilib. Laçın Hava Limanı isə bu il açılacaq. Dəniz Ticarət Limanının illik yük dövriyyəsinin 25 milyon tona çatdırılması da artan tələbatın göstəricisidir.

Tahir Mirkişili bildirib ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan avtomobil yollarının keyfiyyəti üzrə 24-27-ci, dəmir yollarının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir. Bununla yanaşı, əhalinin sayının artması və avtomobillərin çoxalması Bakıda tıxac problemlərini aktuallaşdırıb. Bu səbəbdən paytaxtda nəqliyyat infrastrukturunun inkişafına dair yeni dövlət proqramı hazırlanıb. Layihəyə əsasən, Bilgəh-Novxanı-Xırdalan-Şamaxı və Sabunçu-Sulutəpə avtomobil yolları genişləndiriləcək, Ziya Bünyadov prospektində yeni dairəvi yol tikiləcək, 10 yeni metro stansiyası inşa ediləcək.

Deputat Azərbaycanın əsas strateji hədəflərindən birinin Zəngəzur dəhlizinin açılması olduğunu da vurğulayıb:

“Bu, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısını təmin edəcək, həm də Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm hissəsi olacaq. ABŞ, Rusiya, Çin, Avropa ölkələri, Mərkəzi Asiya dövlətləri və Türkiyə bu dəhlizin açılmasını dəstəkləyir. Ümid edirəm ki, 2025-ci ildə bu məsələ ilə bağlı razılaşmalar əldə olunacaq.”

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 01 Fevral 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see229

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see207

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see185

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see170

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see133

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see123

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see122

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri