Azərbaycan banklarında yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərlə bağlı tələb ediləcək sənədlər müəyyənləşib
Icma.az, Banco.az saytına istinadən bildirir.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
Bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov yeni qərar imzalayıb.
Qərara əsasən, "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı ondan fəaliyyətin, layihənin və məhsulun "yaşıl" və dayanıqlılığını təsdiq edən aşağıdakı sənədlərdən bir və ya bir neçəsi tələb ediləcək:
- özünüqiymətləndirmə sənədi;
- fəaliyyətə, layihəyə və ya məhsula dair ixtisaslaşmış şəxslərdən əldə edilmiş təsdiqedici rəy;
- beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd.
Bundan başqa, bank "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kredit risklərinin azı illik əsasda monitorinqini aparmalı və bankın strateji planına uyğun olmayan fəaliyyətlərin vaxtında aşkar edilməsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirməlidir.
Bank "dayanıqlılıqla əlaqəli" kredit risklərinin monitorinqi zamanı borcalandan onun əsas fəaliyyət göstəriciləri və əsas dayanıqlılıq hədəflərinə dair məlumatları tələb etməlidir.
Həmçinin "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kreditlərin müqavilə şərtlərinə uyğun istifadə edilmədiyi hallarda digər kateqoriyaya keçirilməsi üçün mexanizmlər müəyyən edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















