Icma.az
close
up
RU
Azərbaycan bir söz qalasını, ədəbiyyat abidəsini itirdi İlham Rəhimov

Azərbaycan bir söz qalasını, ədəbiyyat abidəsini itirdi İlham Rəhimov

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov bu gün dünyasını

dəyişən tanınmış şair, Azərbaycan poeziyasının böyük imzalarından biri Məmməd İsmayılın vəfatı münasibəti ilə başsağlığı verib.

News24.az başsağlığı mətnini təqdim edir:

Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, saf qəlbi, dərin düşüncəsi və ölməz poetik irsi ilə yaddaşlarda dərin iz salmış əziz dostum, böyük şair Məmməd İsmayıl bu dünyadan köçdü.

Məmməd İsmayıl mənim üçün yalnız söz ustadı deyildi - o, həyatda yaxşı insanın nə demək olduğunu yalnız sözdə, şeirlərində deyil, əməldə göstərən bir müdrik idi. Məmmədlə olan dostluğumuz mənim üçün təkcə şəxsi münasibət deyil, eləcə də, mənəvi sabitlik, intellektual zənginlik mənbəyi idi, şərəfli və mənalı həyatı ilə insana insan olmağı öyrədirdi.

Məmmədin poeziyası doğma torpaqla nəfəs alan, ana yurdun ruhunu daşıyan bir qəlbin harayı idi. Vətən onun üçün bir coğrafiya deyil, bir alın yazısı idi. Onun “Anadan olduğum doğma kənd kimi, Təzədən mən sənə qayıdacağam” misraları bu gün daha ağır, daha kədərli səslənir. O, doğulduğu torpaq kimi səmimi, uca dağlar qədər məğrur idi.

Məmməd İsmayıl çətinliklərdən qorxmayan, həyatın ağır sınaqları qarşısında sınmayan, əksinə, bu sınaqlardan güclənərək çıxan bir şəxsiyyət idi. Onun ömrü bir məktəb idi – mənəviyyat, mərdlik və sədaqət məktəbi.

Bu gün Məmməd İsmayılın simasında Azərbaycan bir şairini yox, dəyərli bir söz qalasını, ədəbiyyat abidəsini itirdi. Onun yoxluğu şəxsən mənim üçün də çox ağır və üzücüdür. Amma inanıram ki, Məmməd İsmayılın adı, onun qələmindən süzülən sözlər bu millətin yaddaşında əbədi yaşayacaq. Çünki o, şeirləri ilə, düşüncəsi ilə, varlığı ilə ölümsüzlüyü seçdi...

Ruhu şad, məkanı cənnət olsun.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Avqust 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri