Azərbaycan BMT tədbirində qadınların səlahiyyətləndirilməsini gündəmə gətirib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 12 mart, AZƏRTAC
BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə “Qadınların əhəmiyyətli rolu: Gücləndirilmə üçün ittifaqlar” mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə qadınların səlahiyyətləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarına Azərbaycanda qadın hüquqlarının qorunması və ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, həyata keçirilən dövlət proqramlarının qadınların liderlik bacarıqlarının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və qərarvermə proseslərində iştirakının artırılmasına töhfə verdiyini deyib, müsbət statistik göstəriciləri diqqətə çatdırıb.
O, həmçinin qadınların səlahiyyətləndirilməsinin ailənin güclənməsi, cəmiyyətin sabitliyi, eyni zamanda, dövlətlərin dayanıqlı inkişafı üçün vacib olduğunu bildirərək, bir sıra təkliflər səsləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 Mart 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















