Icma.az
close
up
RU
Azərbaycan brendlərinin beynəlxalq arenada yeri: Çətinliklər və imkanlar ARAŞDIRMA

Azərbaycan brendlərinin beynəlxalq arenada yeri: Çətinliklər və imkanlar ARAŞDIRMA

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qlobal trendlər və beynəlxalq tələblər nəzərə alınaraq milli brendlərin inkişafı yalnız məhsul və xidmətlərin xarici bazarlara çıxışı üçün deyil, həm də ölkənin müsbət imicinin formalaşdırılması və iqtisadiyyatının dayanıqlığının təmin edilməsi üçün əhəmiyyətlidir. Təcrübələr göstərir ki, inteqrasiya olunmuş strategiyalar və dövlət-özəl sektor əməkdaşlığı bu prosesin uğurlu olması üçün əsas şərtlərdən biridir.

Bunu nəzərə alaraq, Azərbaycan üçün milli brendlərinin beynəlxalq bazarlarda tanınması və rəqabətədavamlı mövqe qazanması, ölkənin iqtisadi inkişafı və qeyri-neft sektorunun irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu sahədə bəzi fundamental çətinliklər qalmaqdadır.

Milli brendlərin inkişafının zəruriliyi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Report”a açıqlamasında brendləşmənin, xüsusilə qeyri-resurs ixracının inkişafı üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Türkiyə və Cənubi Koreya kimi ölkələr öz brendlərini formalaşdıraraq xarici bazarlarda böyük uğurlar qazanıblar. Bu ölkələrin təcrübəsi göstərir ki, brendlər vasitəsilə xarici bazarlara daha asan daxil olmaq və məhsul ixracını artırmaq mümkündür. Azərbaycanın da emal olunmuş ərzaq məhsulları, spirtli içkilər və meyvə-tərəvəz sahələrində böyük potensialı mövcuddur. Eyni zamanda, pambıqçılığın inkişafı yüngül sənaye sahəsində yeni imkanlar yaradır”.

Deputat hesab edir ki, uğurlu brendləşmə üçün məhsulların keyfiyyət standartlarına uyğun olması əsas şərtdir: “Reklam və təbliğat vasitəsilə milli brendlərin xarici bazarlarda daha geniş tanıdılmasına ehtiyac var”.

Əsas problemlər və həll yolları

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, Azərbaycan brendlərinin beynəlxalq bazarlarda zəif möhkəmlənməsi bir sıra fundamental səbəblərlə bağlıdır.

"Liberal mühitin tam formalaşmaması əsas maneələrdən biri hesab edilir. Şirkətlər beynəlxalq təcrübədən kifayət qədər faydalanmır və daha çox daxili bazara fokuslanırlar. Yerli şirkətlər daha çox daxili bazar üçün məhsul istehsal edir, xarici bazarlara çıxış üçün isə kifayət qədər təşəbbüs göstərmirlər. Daxili bazarın alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən isə orta və aşağı keyfiyyətli məhsullar istehsal edilir".

Ekspert hesab edir ki, beynəlxalq səviyyədə tanıtım və reklam işləri kifayət qədər güclü deyil: "Yerli brendlərin formalaşması üçün uzunmüddətli strategiyalar hazırlanmalı, beynəlxalq bazarın tələblərinə cavab verən məhsullar istehsal edilməlidir. Eyni zamanda, xarici bazarlarla əməkdaşlıq, istehlakçılar və tədarük zəncirində iştirak edən şirkətlərlə birgə fəaliyyət mühüm əhəmiyyət daşıyır".

Dövlət dəstəyi və sahibkarların rolu

Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva “Report”a bildirib ki, milli brendlərin uğur qazanması üçün dövlət təşviq mexanizmləri ilə yanaşı, sahibkarların öz məhsul və xidmətlərini qlobal standartlara uyğunlaşdırması vacibdir.

“Xarici bazarlarda uğur qazanmaq üçün yüksək keyfiyyət standartlarının təmin edilməsi, maliyyə dəstəyi, güclü marketinq strategiyaları, dil baryerinin aradan qaldırılması və beynəlxalq logistik inteqrasiyanın gücləndirilməsi əsas şərtlərdir”, - S. Babayeva qeyd edib.

Assosiasiya sədri vurğulayıb ki, dövlət tərəfindən ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və sertifikatlaşdırma üçün subsidiyalar təmin edilməli, logistika prosedurları sadələşdirilməlidir. Bundan əlavə, sahibkarlar üçün beynəlxalq təlimlər, mentorluq proqramları və güzəştli kredit imkanları yaradılmalıdır.

S.Babayeva hesab edir ki, maliyyə dəstəyinin artırılması məqsədilə ixrac edən şirkətlər üçün vergi güzəştləri və subsidiyalar tətbiq olunmalı:

“Logistika sahəsində beynəlxalq daşınmalar üçün logistika şirkətləri ilə dövlət-özəl tərəfdaşlıqlar inkişaf etdirilməli, gömrük prosesləri sadələşdirilməli və ixrac prosedurları avtomatlaşdırılmalıdır. Həmçinin, xarici bazar araşdırmaları, dil təlimləri və beynəlxalq biznes etikası üzrə təlimlər təşkil olunmalı, sahibkarlara beynəlxalq əlaqələr qurmaq üçün mentorluq proqramları təqdim edilməlidir. Xarici ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün dövlət səviyyəsində əməkdaşlıq sazişləri imzalanmalı, xarici sərmayədarların cəlb olunması və birgə müəssisələrin yaradılması təşviq edilməlidir”, - Assosiasiya rəhbəri əlavə edib.

Bununla yanaşı, o vurğulayıb ki, bu çərçivədə Azərbaycan qanunvericiliyində artıq müəyyən imtiyazlar mövcuddur: "İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) vasitəsilə ixracatçılara maliyyə və hüquqi dəstək verilir, ixracla bağlı maliyyələşən təşviq proqramları mövcuddur və bəzi sahələr üçün vergi güzəştləri tətbiq olunur. Dövlət, həmçinin xarici sərgilərdə iştirak üçün dəstək göstərir və ticarət missiyaları təşkil edir. İxracı təşviq etmək üçün Sahibkarlığın İnkişafı Fondu xətti ilə ayrılan güzəştli kreditlərlə yanaşı əlavə maliyyə alətləri də mövcuddur. Beynəlxalq arenada yerli brendlərin möhkəmlənməsinin əsas şərtlərindən həmçinin dövlət-özəl sektor əməkdaşlığının və innovativ yanaşmanın genişləndirilməsidir".

“Made in Azerbaijan” təşəbbüsü

AZPROMO-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “Made in Azerbaijan” brendi altında yerli məhsulların tanıdılması üçün 10 əsas dəstək mexanizmi mövcuddur. Bu mexanizmlər ixrac və alıcı missiyalarının təşkilini, bazar araşdırmalarının aparılmasını, beynəlxalq sərgilərdə vahid ölkə stendi və ya fərdi şəkildə iştirakın təmin edilməsini, məhsulların sertifikatlaşdırılmasını, xarici ölkələrin ictimai yerlərində və KİV-lərdə təbliğat kampaniyalarını əhatə edir.

"Dəstək mexanizmləri, həmçinin dövlət mülkiyyətində olan və ya nəzarət səhmləri dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə brendin təşviqi, xarici ölkələrdəki mağazaların və ya mağaza şəbəkələrinin, o cümldən “Duty Free” rəflərinin təşkili, tədqiqat və inkışaf proqram və layihələrinin təşkili kimi müdaxilələrdən də ibarətdir", - AZPROMO əlavə edib.

Qurumdan bildiriblər ki, dəstək çərçivəsində məhsulların ixracı üçün lazım olan sənədlərin hazırlanması və prosedurların düzgün icra edilməsi üzrə məsləhətlər də təqdim edilir: "Sahibkarlara ixrac əməliyyatlarına başlamadan əvvəl dəstək göstərilir ki, bu da onlara beynəlxalq bazarlarda uğur qazanmağı asanlaşdırır. Bundan başqa, məhsulların sertifikatlaşdırılması, o cümlədən fitosanitar, mənşə və keyfiyyət sertifikatlarının əldə olunması prosesi dəstəklənir. Beynəlxalq ticarət qaydalarına üyğun olaraq məhsulların daşınması və etiketlənməsi ilə bağlı tövsiyələr və praktik həllər təklif olunur”.

Qurumdan əlavə olunub ki, “Made in Azerbaijan” brendi qeyri-neft məhsullarının tanıdılması ilə yanaşı, bu loqo artıq beynəlxalq bazarlarda Azərbaycanın keyfiyyət simvolu kimi tanınır:

“Brend loqosu məhsulun mənşəyini göstərməklə yanaşı, onun rəqabət qabiliyyətini artırır və milli brendi gücləndirir. Qeyd etmək lazımdır ki, dəstək tədbirləri ilə bağlı xərclərin tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanması mümkündür. Bu dəstək tədbirlərindən Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı yararlana bilər. Bu mexanizmlər sahibkarların beynəlxalq bazarlara çıxışını asanlaşdırır, bunun sayəsində Azərbaycanın qeyri-neft məhsulları daha geniş tanınır və ölkənin ixrac potensialı artır”.

Xarici təcrübə: Türkiyə və Gürcüstan

Azərbaycanın milli brendlərinin beynəlxalq bazarlarda tanınmasını təmin etmək üçün digər ölkələrin təcrübələrini də öyrənmək vacibdir. Bu baxımdan Türkiyə və Gürcüstanın nailiyyətləri xüsusilə diqqətəlayiqdir.

Türkiyə son illərdə qlobal bazarlarda güclü brendlər yaratmaqla böyük uğur qazanmışdır. Ölkənin təcrübəsi göstərir ki, brendlərin formalaşdırılmasında inteqrasiya olunmuş strategiyalar əsas rol oynayır. Məsələn, Türkiyənin avtomobil sənayesində təqdim etdiyi “TOGG” elektrik avtomobil brendi, habelə “Beko”, “Pınar”, “Ülkər”, “Koton” və “Karaca” kimi markalar beynəlxalq səviyyədə geniş tanınır. Bu uğur Türkiyənin beynəlxalq sərgilərdən aktiv istifadə etməsi və genişmiqyaslı reklam kampaniyalarına üstünlük verməsi ilə izah olunur.

Gürcüstan isə şərab istehsalı sahəsində uğurlu təcrübə qazanmışdır. Ölkə qədim şərabçılıq ənənələrini müasir texnologiyalarla birləşdirərək qlobal bazara yüksək keyfiyyətli məhsullar təqdim edir. “Made in Georgia” brendi altında təqdim edilən məhsullar dünya bazarında rəğbətlə qarşılanır və yüksək standartlara cavab verir.

Beləliklə, Azərbaycanın milli brendlərinin beynəlxalq bazarlarda rəqabətqabiliyyətli mövqe qazanması qeyri-neft sektorunun inkişafını sürətləndirə, ixrac potensialını artıraraq ölkədə dayanıqlı iqtisadi inkişafa töhfə verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri