Icma.az
close
up
RU
Azərbaycan Çin əməkdaşlığı regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir ŞƏRH

Azərbaycan Çin əməkdaşlığı regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq sahəsində Azərbaycanın qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.

Son illərdə qarşılıqlı səfərlərin, həmçinin imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Hər bir səfər münasibətlərimizin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan hazırda Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Çinin Sinxua agentliyinə müsahibəsi ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Reallıq budur ki, Azərbaycanla Çin arasında münasibətlər min ildən çoxdur qədim İpək yolu vasitəsilə başlayıb və əlaqələr indiyədək davamlı inkişaf edir. Son 33 ildə bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev həm müsahibəsində, həm də səfər çərçivəsində keçirdiyi görüşlərdə ötən il Astanada ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunmuş Birgə Bəyannaməni məmnunluqla xatırlayaraq bildirdi ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq edilib ki, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacaq mühüm sənədlər imzalandı. İyirmiyədək sənədin 6-sı bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlıdır. Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalamaqla iki ölkənin əlaqələrinin gələcək inkişafının yol xəritəsini təqdim etdilər. Həmin sənəddə vurğulandığı kimi, hər iki ölkə qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.

Malik Həsənov vurğulayıb ki, son illərdə Azərbaycan ilə Çin arasında əlaqələrin yüksələn xətlə inkişafı diqqətdən kənarda qalmır: “Azərbaycanın iki dəfə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət olunması da özündə münasibətlərimizin inkişafı ilə bağlı mühüm məqamları ehtiva edir. Prezident İlham Əliyev müsahibəsində, həmçinin səfər çərçivəsində keçirdiyi görüşlərdə bir daha Azərbaycan-Çin əlaqələrinin möhkəm təməl üzərində uğurla inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdırdı. Azərbaycan Prezidenti müsahibəsində Çinə dövlət səfərinin münasibətlərimizin inkişafına verəcəyi töhfələri öncədən belə şərh etmişdir ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. Növbəti səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.

Azərbaycanın Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu önə çəkən deputat bildirib ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişlənir. Bu istiqamətdə mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Malik Həsənov vurğulayıb ki, Azərbaycan-Çin əməkdaşlığı həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri