Icma.az
close
up
RU
Bakı Pekin strateji tərəfdaşlığı yeni dünya nizamında

Bakı Pekin strateji tərəfdaşlığı yeni dünya nizamında

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına bu həftə həyata keçirilən dövlət səfəri təkcə iki ölkədə deyil, bütün dünyada diqqətlə izlənilən və böyük maraq doğuran hadisəyə çevrildi. Dünyanın əsas qlobal güclərindən olan Çinin Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi önəm ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, rolunun artması, malik olduğu potensialla yanaşı, həm də etibarlı tərəfdaş statusu qazanması ilə bağlıdır. Bu amil qarşılıqlı münasibətlərdə mühüm rol oynayır. Azərbaycan dünyada az sayda ölkələrdən biridir ki, etibarlı, güvənli tərəfdaş olaraq qəbul edilir.

Dövlət başçısının bundan əvvəl də Çinə rəsmi, işgüzar və dövlət səfərləri olub. Amma bu səfər tarixi olmaqla, münasibətlərimizdə vacib yer tutur. Səfər zamanı tərəflər arasında imzalanmış "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" çox geniş spektri əhatə edir. Burada siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat və logistika dəhlizlərinin dəstəklənməsi, dünya nizamına ümumi yanaşma və digər mühüm məqamlar yer alıb. Hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması dövlətlərarası münasibətlərdə yeni səhifə açmış oldu.

Çin Dövlət Şurasının Baş naziri Li Qianq Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söylədiyi kimi, 33 il əvvəl diplomatik münasibətlər qurulandan bəri Çin və Azərbaycan bir-birinə həmişə qarşılıqlı hörmət və bərabər rəftar nümayiş etdirib, dərin dostluq və etimadı möhkəmləndirib, onların əməli əməkdaşlığı daim dərinləşir və hər iki ölkənin xalqlarına nəzərəçarpacaq faydalar gətirir. Çin Azərbaycanla ənənəvi dostluğu daha da inkişaf etdirmək, strateji qarşılıqlı etimadı möhkəmləndirmək, qarşılıqlı fundamental maraqların qorunmasında bir-birini qətiyyətlə dəstəkləmək, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq, miqyasını artırmaq və əhatə dairəsini genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, Çin "Bir Kəmər və Yol" Təşəbbüsünün Azərbaycanın inkişaf strategiyaları ilə uzlaşdırılmasını gücləndirməyə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisini birgə təşviq etməyə, Çin və Avropa arasında transxəzər ekspress daşımaları üçün birgə təhlükəsiz və sabit birbaşa marşrut yaratmağa hazırdır.

Çin hökumətinin başçısı, həmçinin Çinin Azərbaycanla təmiz enerji, rəqəmsal texnologiyalar və rəqəmsal iqtisadiyyat kimi inkişaf etməkdə olan sektorlarda əməkdaşlığı dərinləşdirməyə, ticarətin ardıcıl optimallaşdırılmasına və inkişafına kömək etməyə, yeni qarşılıqlı faydalı imkanlar yaratmağa hazır olduğunu bildirib.

Azərbaycan Prezidenti öz növbəsində Azərbaycanın vahid Çin prinsipinə qətiyyətlə sadiq qaldığını, "Tayvanın müstəqilliyi"nə qəti şəkildə qarşı çıxdığını və pislədiyini, bir-birinin fundamental maraqlarına və mühüm qayğılarına aid məsələlərdə bundan sonra da qarşılıqlı dəstəyə ümid etdiyini vurğulayıb.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov öz şərhində Azərbaycan liderinin səfərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan üçün belə bir səfər son dərəcə vacibdir, çünki bu, ölkənin beynəlxalq mövqelərini möhkəmləndirir və inkişafına daha böyük təkan verir: "Bu gün dünyanın gözü Çindədir. Qərbdə onu əsas təhlükələrdən biri hesab edirlər. Pekinlə münasibətlərin möhkəmləndirilməsi Rusiya üçün son dərəcə vacibdir. Çinin Azərbaycana maraq nümayiş etdirməsi isə Azərbaycanın dünyada artan rolundan xəbər verir. Təbii ki, strateji tərəfdaşlığa dair hərtərəfli bəyanatın qəbulu İlham Əliyevin Çinə səfərinin əsas nəticəsidir. Sənəd iki ölkə arasında əməkdaşlığın geniş sahələrini əhatə edir: ticari-iqtisadi və nəqliyyat sahələrində, energetika, təhlükəsizlik, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsbit edir, daha ədalətli dünya nizamı və beynəlxalq prinsiplərə əməl olunması uğrunda birgə mübarizəyə hazır olduğunu, müasir geosiyasi reallıqlar kontekstində son dərəcə vacib olan ümumi sivilizasiya yanaşmalarına sadiqliyi vurğulayır".

Politoloq hesab edir ki, praktiki nöqteyi-nəzərdən Azərbaycanın daha böyük ölçüdə nəhəng Çin bazarına açılmaq imkanı var ki, bu da son nəticədə müxtəlif sənaye sahələrinin açılmasını, o cümlədən ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Bundan əlavə, Çinlə qarşılıqlı fəaliyyət Azərbaycana böyük investisiya qoyuluşudur.

Azərbaycan Çin üçün maraqlı tərəfdaşa çevrilir. Bu, bir neçə səbəbə görə Çin üçün maraqlıdır. Birincisi, Çin ABŞ-ın tarif müharibələrinə qarşı koalisiya qurmağa çalışır. İkincisi, Çin Avropa ilə strateji müttəfiqlik yaratmağa çalışır. Və burada Azərbaycan Aİ-nin enerji siyasətində liderlərdən biri kimi öz töhfəsini verə bilər. Üçüncüsü, Azərbaycan Çinin çoxqütblü dünya konsepsiyasını dəstəkləyir. Burada Azərbaycan Aİ-nin enerji siyasətində liderlərdən biri kimi öz töhfəsini verə bilər. Bu o deməkdir ki, Azərbaycan Çinin müxtəlif xalqların öz inkişaflarını sürətləndirmək üçün müxtəlif siyasi sistemlərdən istifadə etmələri, avropalılara və amerikalılara demokratiya anlayışı ilə bağlı imtahan verməli olmadıqlarına dair siyasətini dəstəkləyir. Nəhayət, İlham Əliyevin əvvəllər Çinə dövlət səfərində olmasına baxmayaraq, bu gün Bakı ilə Pekin arasında münasibətlər intensivləşib. Bakı üçün bu, beynəlxalq arenada irəliyə doğru böyük sıçrayışı simvollaşdırır".

S.Markov vurğulayıb ki, çoxqütblü dünya quruculuğu və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan ilə Çin arasında qarşılıqlı fəaliyyət Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Moskvada Bakı ilə Pekin arasında belə təmaslar çox müsbət qarşılanır.

Milli Məclisin deputatı Elman Nəsirov isə deyib ki, Azərbaycan- Çin münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir. Keçən il Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, Prezidentin Çinə dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın imzalanması münasibətlərimizi yüksək səviyyəyə gətirib çıxardır.

Onun sözlərinə görə, bu gün ikitərəfli və çoxtərəfli münasibətlərimizi inkişafı üçün unikal imkanlar var. Dövlət başçıları və xalqlarımız dostdurlar: "Çünki 2500 il bundan əvvəl hələ Qədim İpək Yolu ilə xalqlarımız arasında əlaqələr olub. Eyni zamanda, dövlətlərimiz də dost dövlətlərdir. Bax bu reallıqlar indiki yüksək Bakı-Pekin münasibətlərinin formalaşmasına gətirib çıxarıb. Siyasi, iqtisadi, humanitar, media, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələrimiz inkişaf dinamikasına malikdir. Siyasi dialoq yüksək səviyyədədir. 2014-cü ildə cənab Prezidentin Çinə işgüzar səfəri oldu, 2015-ci ildə dövlət səfəri baş tutdu, 2019-cu ildə növbəti işgüzar səfəri və indi yenidən dövlət səfəri, həm də cənab Prezident Çin lideri Si Cinpini Azərbaycana münasib vaxtda dövlət səfərinə dəvət etdi. Bizim siyasi münasibətlərimizi şərtləndirən ən mühüm amillərdən biri odur ki, Azərbaycan Çin üçün strateji əhəmiyyətli məsələlərdə onun yanındadır. Çin dövlətinin əsas yanaşması budur ki, qarşımızdakı tərəfdaş dövlət vahid Çin ideyasını qəbul edir, yoxsa qəbul etmir. Qəbul edirsənsə, bizim üçün dostsan, tərəfdaşsan - əks halda, münasibətlərin taleyi fərqli istiqamətdə formalaşır. Azərbaycan vahidçilik ideyasını müdafiə edən ölkə olaraq hər zaman beynəlxalq tərəfdaşlıqda ədalət və qarşılıqlı hörmət prinsiplərinə önəm verir. Bu baxımdan Çin ilə münasibətlərimiz xüsusilə diqqətəlayiqdir".

Deputat əlavə edib ki, Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyü və suverenliyini ardıcıl şəkildə dəstəkləyən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan-Çin iqtisadi əlaqələri də sürətlə inkişaf edir: "Çin artıq Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Bu siyahıda birinci yerdə İtaliya, ardınca isə Türkiyə, Rusiya və Çin qərarlaşıb. Çinlə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Hazırda Azərbaycanın ümumi ticarət dövriyyəsində Çinin payı 7,9 %-dir. İdxal göstəricilərinə baxdıqda isə Çin birinci yerdədir və bu sahədə payı 17,7 %-ə çatıb. Yükdaşımalar və nəqliyyat sahəsi qarşılıqlı münasibətlərdə mühüm yer tutur. Orta Dəhliz layihəsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Çin malları Mərkəzi Asiyadan Qazaxıstan üzərindən Xəzər dənizinə, oradan isə Bakıya, daha sonra Gürcüstana, Türkiyəyə və oradan Qara dəniz vasitəsilə Avropaya çatdırılır. Bu nəqliyyat marşrutu nəticəsində 10 min kilometrlik məsafə 7 min kilometrə qədər qısaldılır və yükdaşımalar cəmi 12 günə reallaşır. Artıq 378 min ton yük bu dəhliz vasitəsilə daşınıb və bu göstərici getdikcə artır. Təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Azərbaycanda iki Konfutsi institutu fəaliyyət göstərir və burada Çin dili tədris olunur. Azərbaycanlı gənclərin Çin dilinə və mədəniyyətinə marağı artır və bu da iki ölkə arasında mədəni körpü rolunu oynayır. Azərbaycanın bir sıra ölkələrdə ticarət nümayəndəlikləri mövcuddur və bunlar arasında Çin xüsusi yer tutur. Çin bazarında artıq Azərbaycanın xalçaları, qida məhsulları və digər məhsulları öz yerini tapıb. Bu da milli brendlərimizin tanıdılmasına mühüm töhfə verir. Ən önəmlisi isə odur ki, Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı heç bir üçüncü tərəfi hədəf almır. Hər iki dövlət Qlobal Cənubun ayrılmaz hissəsidir və beynəlxalq əməkdaşlıqda tarazlı, konstruktiv mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin Çinə bu günlərdə etdiyi səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Xüsusilə "Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat" ikitərəfli və çoxtərəfli münasibətlərimizin yol xəritəsi hesab edilə bilər. Bu səfər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri