Icma.az
close
up
RU
Azərbaycan COP29a hazırlaşdığı dövrdə ölkəmizə nifrət bəsləyən şər maşını ilə mübarizə apararaq onu uğurla dəf edib ŞƏRH AZƏRTAC

Azərbaycan COP29a hazırlaşdığı dövrdə ölkəmizə nifrət bəsləyən şər maşını ilə mübarizə apararaq onu uğurla dəf edib ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası tərəfindən “COP29-a qarşı hibrid hücumlar: cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı hesabatında aşkara çıxarılan faktlar Azərbaycanın COP29 zamanı bir daha erməni lobbisi tərəfindən mütəşəkkil qaydada təşkil olunmuş hibrid hücumlara məruz qalmasının göstəricisidir. Bu prosesə Ermənistanla yanaşı, Qərbdəki erməni lobbisi və zəngin erməni iş adamlarının vəsaitləri cəlb edilib. Həmçinin prosesdə ABŞ və Avropada yerləşən beynəlxalq QHT-lər fəal iştirak edib. Kifayət qədər əhatəli, faktlara söykənən və əsaslandırılmış hesabat Azərbaycan dövlətinin COP29-a ev sahibliyi etməsi ilə bağlı qəbul olunan andan total kiberchücamlar, təhdidlər, dezinformasiya ilə üzləşdiyini, bir çox hallarda bu saxta xəbərlərin medianın Azərbaycandilli seqmentinə sızmadığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, müasir dövrdə məhz ictimai rəyə və fikrə aparıcı təsir elementi kimi sosial media şəbəkələrindən geniş şəkildə istifadə olunaraq vahid həştəqlər vasitəsilə total hücumlar və dezinformasiya üsulları tətbiq olunur: “Qərbin məlum təsisatları tərəfindən vahid və koordinasiyalı, mütəşəkkil qaydada təşkil olunmuş bu kampaniyanın əsas məqsədi COP29-un baş tutmasını sabotaj edərək onun təxirə salınmasına nail olmaq, bunun müqabilində Ermənistana münasibətdə Azərbaycandan ciddi güzəştlər qoparmaq, Azərbaycan dövlətinə qarşı konkret cinayətlər törətmiş və konkret cinayət məcəllələri üzrə məhkum edilmiş hərbi cinayətkarların və bu prosesə dəstək verənlərin məsuliyyətdən yayınmasına rəvac vermək olub”.

QHT sədri bildirib ki, hesabatdan da göründüyü kimi, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurlar və antiterror tədbirləri nəticəsində həbs olunan hərbi canilər, Qərbdəki erməni lobbisi və anti-Azərbaycan dairələrindən maliyyə alan cinayətkar qruplar siyasi məhbus adlandırılaraq onlara siyasi status verilməsi cəhdləri olub: “Onların azad olunmasına nail olmaq üçün COP29 tədbiri beynəlxalq miqyasda əsas vasitə seçilib və sabotaj olunub. Başda ABŞ olmaqla Avropa dövlətlərinin parlamentariləri, mayası erməni lobbisindən maliyyələşən beynəlxalq insan hüquq təşkilatları prosesə cəlb olunaraq koordinasiyalı şəkildə Azərbaycana qarşı informasiya hücumuna keçərək beynəlxalq miqyasda əldə etdiyimiz uğurları gözdən salmağa, ölkəmizə olan etimadı sarsıtmağa çalışıblar. Bu prosesdə AŞPA, ABŞ Konqresi, Fransa, Niderland və İsveçrənin onlarla parlamentariləri prosesi siyasi baxımdan mütəşəkkil qaydada hazırlayaraq əsas alətləri olan “Freedom House” “Amnesty İnternational, “Human Rights Watch” və digər beynəlxalq QHT-lərin resurlarından istifadə ediblər. Aşkar olunub ki, bu beynəlxalq QHT-lərin Azərbaycanda maliyyələşdirdiyi xüsusi media və kiber dəstəsi mövcuddur”.

V.Əhmədov bildirib ki, Azərbaycana qarşı böhtan və yalan xarakterli hücumların arxasında dayanan bir qrupun əməllərinin məqsədi ümumilikdə ölkəmizin siyasi imicinə zərbə vurmaqdır: “Dünyanın ən ali qanunlarını, ən ali təşkilat olan Birləşmiş Millətlər Təşkilatını, onun qətnamələrini, eləcə də beynəlxalq hüquq və normaları, digər dövlətin müstəqil siyasətini heçə sayan bu qrup məhz kriminal metodlarla, dezinformasiya, şər və böhtan üsulları ilə, erməni lobbisinin vəsaitlərindən qidalanan bir şəbəkədən istifadə edərək ölkəmizə qarşı informasiya məkanında, xüsusən X sosial şəbəkəsində eyni anda və silsilə xarakteri daşıyan yalan və böhtan xarakterli hücumlar təşkil edib. Əsas niyyətlərdən biri məhz Azərbaycanın COP29-a hazırlıq prosesində fəal iştirak edən mütəxəssisləri və hökumət üzvlərini gözdən salaraq diskreditə etmək olub. Bu qrup, eyni zamanda, ölkələrə və onların rəhbərlərinə təsir edərək onları COP29-a qatılmaqdan yayındırmağı hədəf seçib. Ermənistanla Azərbaycan arasında uzun sürən sülh müqaviləsinin imzalanma prosesini məhz bu ərəfədə ortaya atmaqla COP29 çərçivəsində Ermənistan Respublikasının xeyrinə sülh müqaviləsinin imzalanmasına nail olmaq onların başlıca strategiyası olub”.

Beləliklə, COP29 üzərindən müəyyən bir vaxt keçəndən, bu cür araşdırmacı və ifşaedici hesabatlar dərc olunandan sonra məhz bu mənbələrə söykənərək və istinad edərək tam əminliklə demək mümkündür ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı veriləndən sonra Qərbin bir sira aparıcı dövlətləri və onların himayə etdikləri siyasi institutları, parlamentləri, beynəlxalq QHT-ləri və bu ölkələrdə kök salmış erməni lobbisi tərəfindən məkrli bir plan həyata keçirilib. Bu plana və pozucu kampaniyaya əsasən BMT-nin bu mötəbər konfransı ciddi şəkildə gözdən salınmalı və baş tutmamalı idi: “Bu gün müasir dünyada elə bir vəziyyət yaranıb ki, özünü ali dəyərlərin müdafiəçisi kimi aparan və elan edən Avropa İttifaqı, Avropa Şurası kimi beynəlxalq təşkilatların bir sıra erməni lobbisinə satılmış üzvləri, ABŞ Senatı və Konqresi qlobal ümumbəşəri problem olan iqlim dəyişmələri müzakirələrini öz cılız siyasi maraqlarına qurban vermək istəyirdilər. Lakin Azərbaycan dövləti hər zaman sağlam mövqedən çıxış edərək belə təxribatların qarşısını zamanında alaraq ən ali və mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Verilən faktlardan aydın olur ki, Azərbaycan dövləti və onun strukturları tədbirə yüksək səviyyədə ev sahibliyinə hazırlaşdığı müddətdə həm də təşkilatlanmış və bir mərkəzdən idarə olunan, kökündə Azərbaycana nifrət bəsləyən şər maşını ilə mübarizə apararaq onu uğurla dəf edib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see275

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see208

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see149

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see145

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see143

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see141

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see137

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see133

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see131

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see130

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see127

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see124

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see122

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see122

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see121

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see120

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see120

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see119

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see118

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri