Icma.az
close
up
RU
Azərbaycan Cüdo Federasiyasının rəsmisi bu idman növündə tətbiq olunacaq yeni qaydaları açıqlayıb AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının rəsmisi bu idman növündə tətbiq olunacaq yeni qaydaları açıqlayıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı,17 dekabr, AZƏRTAC

“Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq seminarda cüdo hakimləri və məşqçiləri bu idman növündə tətbiq ediləcək yeni qaydalarla bağlı məlumatlandırıldı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov deyib.

Dəyişikliklər barədə məlumat verən federasiya rəsmisi bildirib ki, yeniliklərdən biri “Yuko” xalının (5 xal) geri qaytarılmasıdır: “Bu, ayaq üstdə (tachi-vaza) rəqibə fənd tətbiq edərək, onu böyrü üstə (90 dərəcə), arxası üstə oturaq vəziyyətdə, bir çiynin arxa hissəsi üstə və yan tərəfə dirsəyi üstə yıxdıqda verilən xaldır. Bu xal həm də idmançının formasında ad yazılan hissə tatamiyə dəydiyi zaman qeydə alınır. İkinci yenilik ondan ibarətdir ki, kəmərdən aşağı tutma zamanı daha “şido” xəbərdarlığı verilməyəcək. İtələmə hərəkəti zamanı tatamidən könüllü çıxmaq istisna olmaqla, digər çıxışlara "shido" verilməyəcək.

Mütəxəssis “ayı tutuşu” fəndi ilə bağlı da yeniliyin olduğunu vurğulayıb: “Yəni əvvəlkindən fərli olaraq, burada iki əllə rəqibinə fənd tətbiq etmək imkanı yaranacaq. Lakin əlləri birləşdirmək olmaz. Bu halda hakim görüşü dayandıracaq. Fənd tətbiq edən idmançının başı tatamiyə dəydiyi zaman xəbardarlıq verilməyəcək. Yeniyetmələrin yarışında isə əksinə olacaq. Dəyişiklərdən biri klassik tutmalarla bağlıdır. İdmançılara fənd tətbiq etmək üçün 30 saniyə vaxt verilir. Həmin müddət ərzində fənd icra olunmasa, “mate” (dayanma) komandası veriləcək, idmançılar isə güləşmədikləri üçün “şido” xəbərdarlılğı alacaqlar. Bir məqam da var ki, qeyri-ənənəvi tutmalardan da istifadə etməyə icazə verildi. "Taci-vaza"da cüdoqinin qol hissəsinin içindən, "ne-vaza"da isə cüdoqinin həm qol və həm də şalvarın içindən yapışaraq fənd tətbiq etmək mümkün olacaq. Sadəcə, bu məqamda 30 yox, cəmi bir neçə saniyə vaxt veriləcək. Qeyri-ənənəvi tutmadan istifadə edən idmançı fənd tətbiq edə bilməsə, xəbərdarlıq alacaq. Yerdə güləşərkən isə boğucu və ağrıdıcı fənddən istifadə etmək hücum fəallığı kimi sayılacaq və xəbərdarlıq verilməyəcək”.

Qeyd edək ki, yeni qaydalar gələn il yanvarın 1-dən qüvvəyə minəcək və həmin ilin iyun ayında təşkil olunacaq böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri