Icma.az
close
up
RU
Azərbaycan Dəmir Yolları nın beynəlxalq dəhlizlərin inkişafında rolu

Azərbaycan Dəmir Yolları nın beynəlxalq dəhlizlərin inkişafında rolu

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövrümüzdə qlobal nəqliyyat və logistika sistemlərinin inkişafı ölkələrin iqtisadi potensialının və geosiyasi əhəmiyyətinin əsas göstəricilərindən biridir. Bu baxımdan, strateji coğrafi mövqeyə malik olan Azərbaycan Avropa ilə Asiya arasında körpü rolu oynayaraq beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə "Azərbaycan Dəmir Yolları" QSC ölkənin nəqliyyat infrastrukturunun əsas dayaqlarından biri olmaqla yanaşı, beynəlxalq yük və sərnişin daşımalarının təhlükəsiz, sürətli və dayanıqlı şəkildə həyata keçirilməsinə xidmət edir. 

Redaktor.az-a danışan deputat Hikmət Babaoğlu bildirdi ki, dəmir yolları, istər beynəlxalq sərnişin və yükdaşımada, istərsə də ölkədaxili sərnişin və yükdaşımada bir nömrəli kommunikasiya vasitəsidir.

"Bu əhəmiyyətli infrastruktur daim Azərbaycanda inkişaf edir. Kommunikasiyalara baxsaq, görəcəyik ki, önə çıxan dəmir yolu infrastrukturudur. Bu gün dəmir yolları Azərbaycanı dünya ilə birləşdirən əsas ana kəmərlərdən biridir. Çindən Şimal və Orta xətt üzrə gələn dəmir yolları Qazaxıstan və Qırğızıstan üzərindən keçərək Xəzər dənizi vasitəsilə Azərbaycan dəmir yollarını yüklə təmin edir. Göründüyü kimi, bu dəmir yolları Türkiyə vasitəsilə birləşdikdən sonra Avropaya qədər uzanıb gedir".

Millət vəkili qeyd etdi ki, həm Azərbaycanın beynəlxalq mövqeyi, həm də xarici iqtisadi əlaqələri baxımından dəmir yolu əhəmiyyət kəsb edir.

Bu infrastrukturun inkişaf etdirilməsi sevindiricidir. Dəmir yolu nəqliyyatı bu gün Azərbaycanda özünün inkişaf mərhələsini yaşayır", - deyə H.Babaoğlu bildirdi.

İqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, "Azərbaycan Dəmir Yolları"nın beynəlxalq fəaliyyəti iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

"ADY-nin nəqliyyat dəhlizlərinin inkişafındakı fəaliyyətini iqtisadi paradiqmalar baxımından bir neçə qrupa bölmək olar. Həmin qruplar özlüyündə yüksək inkişaf səviyyəsində qərarlaşıblar.
ADY-nin beynəlxalq nəqliyyat dəhlizinin inkişafında fəaliyyəti regional inteqrasiya, ticarət dövriyyəsinin artması, dövlət büdcəsinə daxilolmaların artmasına dəstək verir. Daha ətraflı açıqlasaq, regional iqtisadi əlaqələr sinerji effekti verir. Bundan əlavə, ADY-nin regionda fəaliyyəti tranzit nəqliyyat xidmətinin fəaliyyətinə dəstək verməkdir. Həm ölkədaxili, həm də tranzit olaraq istifadə edən ölkələrin iqtisadiyyatında da mühüm əhəmiyyətə malikdir. Qurumun fəaliyyəti həmçinin qeyri-neft sektorunun inkişafına dəstək xarakteri daşıyır.

Müsahibimiz bildirdi ki, ADY-nin fəaliyyəti həmçinin tranzit funksiyasını həyata keçirir.

"Bir və ya bir neçə günlük axsama, problem tranzit ölkələrin iqtisadiyyatı üçün milyon dollarla itkidir. Məsələnin digər iqtisadi tərəfi isə budur ki, ölkə olaraq beynəlxalq nüfuzumuz var, siyasi sabitliyimiz var, bu da investorların Azərbaycan iqtisadiyyatına, tranzit, logistika sahəsinə investisiya yatırmasına səbəbdir". - deyə Günay Hüseynova əlavə etdi.

İqtisadçı Xalid Kərimli isə bildirdi ki, dəmir yolları Azərbaycanın yük ötürməsində mühüm rol oynayır.

"Dəmir yolları Azərbaycanda həm Şimal-Cənub nəqliyyat dəhlizində əhəmiyyətli elementdir, həm də Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə Orta Dəhlizdə mühüm amildir. Mərkəzi Asiyadan, Çindən gələn yüklərin Gürcüstana, Türkiyəyə ixracında yol oynayır. Xüsusilə Şimal-Cənub istiqamətində dəmir yolunda yük daşımaları aktivdir. Qərb istiqamətində Gürcüstana yük daşınmalarında əhəmiyyətli rol oynayır. Zəngəzur dəhlizi təəssüf ki, hələ açılmayıb. Açılanda dəmir yolunun əhəmiyyəti daha da artacaq", - deyə müsahibimiz bildirdi.

Politoloq Zeynal Əmrəliyev isə bildirdi ki, Azərbaycan həm Şərq-Qərb nəqliyyat qovşağında, həm də Şimal-Cənub nəqliyyat qovşağında fəal şəkildə iştirak edir.

"Azərbaycan Mərkəzi Asiya ölkələri və Gürcüstanla birlikdə Şərq-Qərb nəqliyyat qovşağında iştirak edir. Çini Avropa ilə birləşdirən nəqliyyat qovşağının əsas halqalarından biridir. Ölkəmizin tranzit rolunun artmasına səbəb olan amillərdən biri quru yollarının inkişafıdır. Son zamanlar Azərbaycan hökuməti quru yollarının qurulmasına küllü miqdarda investisiya yatırıb. Dəmir yollarının inkişafı da buraya aiddir".

Politoloq qeyd eydi ki, bu, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır.

"Hazırda dəmir yollarının inkişafına görə MDB məkanında ən önəmli ölkələrdən biridir. Son zamanlarda Azərbaycan və Ermənistan arasında kommunikasiya əlaqələrinin açılması məsələləri gündəmdədir. Zəngəzur dəhlizi məsələsi aktuallaşarsa, bölgənin nəqliyyat infrastrukturunun yenilənməsinə səbəb olacaq amillərdən biridir", - deyə Z.Əmrəliyev əlavə etdi.

Aytəkin TOFİQQIZI

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri