Icma.az
close
up
RU
Azərbaycan dili: mədəniyyətimizi dünyaya aparan körpü

Azərbaycan dili: mədəniyyətimizi dünyaya aparan körpü

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Şəhla İbişova Dil bir xalqın yalnız ünsiyyət vasitəsi deyil; onun düşüncə tərzi, tarixi yaddaşı və mədəni kimliyidir. Hər bir sözündə keçmişin izi, hər bir ifadəsində xalqın yaşadığı təcrübə yaşayır. Azərbaycan dili də əsrlər boyu bu xalqın keçdiyi yolu, yaşadığı ağrıları və qazandığı dəyərləri özündə qoruyaraq bu günə gəlib çatmışdır. Bu dili qorumaq milli məsuliyyətdirsə, onu dünyaya tanıtmaq milli ehtiyacdır. Çünki dili tanınmayan xalqın mədəniyyəti də çox vaxt görünməz qalır, səsi eşidilmir.

Məhz bu səbəbdən Azərbaycan dilini xarici vətəndaşlara öyrətmək təkcə qrammatik qaydaların izahı kimi qəbul edilə bilməz. Bu proses bir mədəniyyətin, bir düşüncə sisteminin və bir həyat tərzinin təqdimatıdır. Dil mədəni kontekstdən ayrı təqdim olunduqda canlılığını, cazibəsini və inandırıcılığını itirir. Söz arxasındakı məna, ifadə arxasındakı tarix hiss etdirilmədikdə isə dil sadəcə mexaniki bilik səviyyəsində qalır.

Buna görə Azərbaycan dilinin təbliği və xaricilərə öyrədilməsi təsadüfi və formal yanaşma ilə deyil, məqsədyönlü və düşünülmüş şəkildə aparılmalıdır. Dil yalnız öyrədilmir, təqdim olunur; yalnız izah edilmir, sevdirilir. Xarici auditoriya üçün dilin arxasında dayanan mədəni dəyər, tarixi təcrübə və dünya görüşü aydın hiss etdirilməlidir. Əks halda, dil dərs materialı səviyyəsində qalıb, mədəni təsir gücünü itirə bilər.

Azərbaycan dilinin təbliği musiqi, ədəbiyyat, tarix və gündəlik həyat nümunələri ilə paralel aparıldıqda daha təsirli olur. Bir xarici üçün Azərbaycan dilini maraqlı edən əlbəttə ki, onun arxasında dayanan mədəni məna və həyat tərzidir. Muğamın ritmi, klassik poeziyanın dili, xalq deyimləri və milli adət-ənənələr Azərbaycan dilini sadəcə öyrənilən deyil, hiss edilən bir dəyərə çevirir. Bu isə mədəni tanıtımın əsas şərtidir.

Bu yanaşmanın praktik nümunələrindən biri Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətində özünü bariz şəkildə göstərir. Mərkəzin layihəsi ilə Türkiyənin önəmli ali təhsil müəssisələrindən biri olan Qazi Universitetində “Azərbaycan Dilinin Tədrisi Ocağı” yaradılıb. Burada müxtəlif universitetlərdən olan, fərqli ixtisas və təhsil səviyyələrində təhsil alan tələbələr Azərbaycan dilini öyrənirlər. Tədris prosesi yalnız dil qaydaları ilə məhdudlaşmır; paralel olaraq Azərbaycan mədəni irsi, ədəbiyyatı, tarixi və milli dəyərləri də təqdim olunur. Beləliklə, Azərbaycan dili xarici auditoriya üçün süni dərs predmetinə deyil, canlı mədəniyyət daşıyıcısına çevrilir.

Eyni zamanda Qazi Universitetində Azərbaycan dilinin seçməli fənn kimi tədrisə daxil edilməsi də məhz bu mərkəzin təşəbbüslərinin nəticəsidir. Mərkəzin fəaliyyəti çərçivəsində Türkiyənin müxtəlif kitabxanalarına Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinə dair kitablar hədiyyə olunur, bir sıra təhsil və mədəniyyət müəssisələrində Azərbaycan guşələri yaradılır.

Bu fəaliyyətlər Azərbaycan dövlətinin ana dilinə verdiyi strateji önəmin və məqsədyönlü dil siyasətinin praktik təzahürü olmaqla yanaşı, Azərbaycan dilinin beynəlxalq miqyasda təbliğinin, milli mədəniyyətimizin dünyaya tanıdılmasının və ölkəmizin müsbət imicinin formalaşdırılmasının mühüm vasitəsinə çevrilir. Dil vasitəsilə həyata keçirilən bu təbliğat işi Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini daha geniş auditoriyaya çatdırır, xalqlar arasında qarşılıqlı anlaşmanı və mədəni yaxınlaşmanı gücləndirir.

Bu yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilinə dair mövqeyi ilə də tam uzlaşır. Prezidentin çıxışlarında Azərbaycan dilinin milli varlığımızın əsas dayaqlarından biri olduğu, onun qorunmasının və inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən sayıldığı dəfələrlə vurğulanıb. Xüsusilə qloballaşma şəraitində ana dilinin saflığının qorunması, onun beynəlxalq müstəvidə tanıdılması və nüfuzunun artırılması dövlətçilik baxımından strateji əhəmiyyət daşıyır. Bu fikirlər Azərbaycan dilinin xaricilərə öyrədilməsini təsadüfi təşəbbüs deyil, düşünülmüş və məqsədyönlü mədəni siyasətin tərkib hissəsi kimi qiymətləndirməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri