Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Azərbaycan diplomatiyasının coğrafiyası genişlənir

Azərbaycan diplomatiyasının coğrafiyası genişlənir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir.

Səfər fonunda Azərbaycan-Vyetnam əlaqələrinin yeni mərhələyə qədəm qoyması, xüsusilə iqtisadi və ticarət tərəfdaşlığının dərinləşdirilməsi məsələləri aktuallaşır.

Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnam Azərbaycan üçün yeni ticarət imkanları, qarşılıqlı investisiyalar və Asiya bazarlarına çıxış baxımından əhəmiyyətli tərəfdaş ola bilər.

Bəs Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələnin əsası qoyula bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Vyetnam səfəri Azərbaycanın xarici siyasətində yeni iqtisadi istiqamətlərin əsasını qoyur:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ölkəmizin Asiya istiqamətində xarici siyasətinin genişlənməsi və yeni iqtisadi tərəfdaşlıq imkanlarının formalaşması baxımından mühüm hadisədir.

Bu səfər Azərbaycan diplomatiyasının coğrafi miqyasının, iqtisadi maraqlarının və beynəlxalq əməkdaşlıq gündəliyinin genişliyini nümayiş etdirir".

O qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixi var:

"1959-cu ildə Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin Bakıya səfəri ilə möhkəmlənən dostluq əlaqələri 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri zamanı yeni məzmun qazanıb. Bu tarixi bağların müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkənin münasibətlərə verdiyi əhəmiyyətin göstəricisidir.

2025-ci ildə Vyetnam rəhbəri To Lamın Azərbaycana dövlət səfəri zamanı strateji tərəfdaşlıq haqqında birgə bəyanatın qəbul edilməsi münasibətlərin inkişafında yeni mərhələ açıb".

Politoloq əlavə edib ki, Azərbaycan-Vyetnam əməkdaşlığı energetikadan logistikayadək genişlənir:

"Prezident İlham Əliyevin hazırkı səfəri həmin siyasi iradənin konkret iqtisadi və institusional nəticələrə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 150 milyon dolları ötəməsi mövcud potensialın real göstəricisidir.

Energetika, neft-qaz sənayesi, bərpaolunan enerji, kənd təsərrüfatı, müdafiə sənayesi, tikinti və logistika əməkdaşlığın genişləndirilməsi üçün ciddi imkanlar yaradır. Səfər çərçivəsində günəş və külək elektrik stansiyaları layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi ilə bağlı razılaşmalar iqtisadi əməkdaşlığın praktiki məzmununu gücləndirir". 

Tural İsmayılov vurğulayıb ki, Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi Vyetnam şirkətləri üçün Avropa bazarlarına çıxış baxımından mühüm üstünlükdür:

"Vyetnamın Cənub-Şərqi Asiyadakı istehsal və ticarət imkanları ilə Azərbaycanın nəqliyyat, enerji və logistika infrastrukturu arasında tamamlayıcı əməkdaşlıq modeli formalaşdırmaq mümkündür.

Bu baxımdan birbaşa nəqliyyat əlaqələrinin genişləndirilməsi, investisiya mühitinin təşviqi və biznes dairələri arasında təmasların intensivləşdirilməsi xüsusi aktuallıq daşıyır". 

Onun sözlərinə görə, Bakı-Hanoy münasibətləri yeni iqtisadi perspektivlər vəd edir:

"Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin və yeni iqtisadi tərəfdaşlıqlara açıq inkişaf modelinin mühüm təzahürüdür.

Bakı ilə Hanoy arasında siyasi etimadın iqtisadi layihələrlə möhkəmləndirilməsi hər iki ölkənin milli maraqlarına xidmət edən uzunmüddətli əməkdaşlıq perspektivi yaradır.

Bu səfər Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsindən konkret nəticələr mərhələsinə keçidi üçün mühüm zəmin formalaşdırır". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri