Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycan diplomatları NATO da Bakının HAZIRLIĞI

Azərbaycan diplomatları NATO da Bakının HAZIRLIĞI

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın gənc diplomatlardan ibarət növbəti qrupu NATO-nun mənzil-qərargahına səfər edib. Bu barədə Azərbaycan NATO yanındakı Nümayəndəliyi məlumat yayıb. Məlumata görə, gənc diplomatların Alyansın qərargahına səfər etməsi artıq bir ənənəyə çevrilib. Nümayəndəlik bu ənənəvi səfərlərin davam etməsindən məmnunluğunu ifadə edərək, göstərilən dəstəyə və yaradılan şəraitə görə NATO rəhbərliyinə və qurumun heyətinə minnətdarlığını bildirib. Səfər proqramı çərçivəsində azərbaycanlı diplomatlar üçün NATO-nun fəaliyyətinin müxtəlif aspektlərinə dair genişmiqyaslı brifinqlər təşkil olunacaq. Diplomatlar Alyansın tərəfdaşlıq siyasəti, tərəfdaş ölkələrlə həyata keçirilən praktiki əməkdaşlıq mexanizmləri və qurumun cari gündəliyində duran əsas məsələlər barədə ətraflı məlumatlandırılacaqlar. Eyni zamanda, görüşlərdə NATO-nun ictimai mesajları, enerji təhlükəsizliyinə müasir yanaşması, eləcə də müasir çağırışlara qarşı dayanıqlığın artırılması istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bu cür təmaslar, alyansla artan əlaqələrin məramı nədir?


Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Azərbaycanın gənc diplomatlarının NATO qərargahına növbəti səfəri sıradan protokol hadisəsi deyil. Bu, Bakının uzunmüddətli strateji hazırlığının və yeni geosiyasi mərhələyə uyğunlaşma siyasətinin bir hissəsidir. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan enerji ixrac edən və ya regional münaqişələrlə gündəmə gələn ölkə kimi yox, təhlükəsizlik arxitekturasının iştirakçısına çevrilmək istəyir: “NATO ilə münasibətlər Azərbaycan üçün yeni mövzu deyil. Bakı uzun illərdir Alyansla əməkdaşlıq edir. Azərbaycan ordusu Kosovo, Əfqanıstan kimi missiyalarda iştirak edib, NATO standartlarına uyğunlaşma istiqamətində addımlar atılıb, hərbi təhsil və qərargah idarəçiliyi sahəsində əməkdaşlıq qurulub. İndi isə diqqət yalnız hərbçilərə yox, diplomatik kadrlara yönəlir. Bu da təsadüfi deyil. Çünki müasir müharibələr səngərləri aşır. Diplomatik masa artıq döyüş meydanının davamıdır. NATO qərargahına göndərilən gənc diplomatlar sabah Azərbaycanın təhlükəsizlik siyasətini formalaşdıracaq şəxslərdir. Onlar Alyansın necə işlədiyini, qərarların hansı mexanizmlərlə qəbul edildiyini, informasiya müharibəsinin necə aparıldığını öyrənirlər”.


Hərbi ekspert deyib ki, burada mühüm məsələlərdən biri də enerji təhlükəsizliyidir:

“NATO son illərdə enerji məsələsinə klassik iqtisadi mövzu kimi baxmır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra enerji infrastrukturu təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan isə Avropanın enerji xəritəsində strateji oyunçulardan biridir. Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr iqtisadi layihə olmaqla yanaşı geosiyasi təhlükəsizlik xəttidir. NATO-nun bu məsələyə xüsusi diqqət ayırması Bakının rolunu daha da artırır. Burada başqa bir incə məqam da var. Azərbaycan balans siyasəti yürüdür. Bakı NATO ilə əməkdaşlıq edir, amma Alyansa üzvlük məsələsini gündəmə gətirmir. Bu fərq çox vacibdir. Azərbaycan çalışır ki, Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirsin, amma regionda əlavə gərginlik yaratmasın. Çünki Cənubi Qafqaz onsuz da kifayət qədər mürəkkəb bölgədir. Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız tank və raketlə ölçülmür. Kadr hazırlığı, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, diplomatik çeviklik də ən az hərbi güc qədər önəmlidir. NATO qərargahında keçirilən brifinqlər də məhz bu istiqamətlərə hesablanıb. Xüsusilə dayanıqlılıq məsələsinin ön plana çəkilməsi təsadüfi deyil. Çünki artıq dövlətlərə qarşı hücum yalnız hərbi yolla edilmir, kiberməkanda, enerji xətlərində, informasiya sahəsində də təzyiqlər artır. Digər tərəfdən, bu cür səfərlər Azərbaycanın beynəlxalq siyasi çəkisinin artmasının da göstəricisidir. Bir vaxtlar postsovet məkanının sıravi ölkəsi kimi görünən Azərbaycan indi həm Türkiyə ilə hərbi müttəfiqlik qurur, həm İsraillə təhlükəsizlik əməkdaşlığı aparır, həm də NATO platformalarında aktiv görünür. Bu isə regionda yeni güc balansının formalaşdığını göstərir”.

Hərbi ekspert bildirir ki, Bakının əsas məqsədi isə aydındır: “Azərbaycan gələcək risklərə hazırlaşır. Dünyada təhlükəsizlik sistemi sürətlə dəyişir və rəsmi Bakı anlayır ki, qapalı qalmaq artıq mümkün deyil. Ona görə də həm orduda, həm diplomatiyada, həm də təhlükəsizlik düşüncəsində NATO təcrübəsini öyrənməyə çalışır. Əslində söhbət Azərbaycanın öz təhlükəsizlik modelini gücləndirməsindən gedir. Bu isə yaxın illərdə həm hərbi, həm diplomatik, həm də geosiyasi müstəvidə Bakının daha aktiv oyunçuya çevriləcəyini göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 May 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri