Icma.az
close
up
RU
Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərini yenidən qurmağa qadirdir

Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərini yenidən qurmağa qadirdir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Kəlbəcər işğal olunana kimi Ermənistan ordusu Kəlbəcərdə Başlıbel, Ağdaban faciələrini törətmişdi, işğal günü Tunel deyilən yerdə çoxsaylı pusqu qurmuşdu. Yüzlərlə kəlbəcərli öldürülmüşdü, minlərlə kəlbəcərli geri qaçaraq dağda-daşda gizlənmişdi, Kəlbəcəri dağ yollarıyla tərk eləmişdi. Yüzlərlə döyüşçümüz şəhid olmuşdu, yüzlərlə hərbi qulluqçu, vətəndaş əsir düşmüşdü, neçələrinin nəşi indi də tapılmır, ermənilər onları xəyanətlə öldürmüşdü, hardasa kütləvi məzarda basdırmışdı, yerini bildirmir, belə qəbirlər müəyyən qazıntılar zamanı aşkarlanır...
Kəlbəcər 1992-ci il aprelin 1-də işğal olundu. Düşmən Kəlbəcərin təbii sərvətlərini talamağa başladı, qızıl və zəylik-alunit yataqlarını qəddarcasına dağıtmağa davam etdirirdi. Rusiyanın sülhməramlı (?) qüvvələrinin nəzarəti bunun qarşısını almırdı, bəlkə də almaq istəmirdi. Bunu Azərbaycan dövlətinin özü dayandıracaqdı!
Azərbaycan Ordusu Ermənistanın sonuncu hücumunun (27 sentyabr 2020-ci il) da qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına keçdi. Ordumuz döyüşə-döyüşə mövqe qələbələri qazanır, mövqe qələbələri qazana-qazana döyüşürdü. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Azərbaycan rəsmən İkinci Qarabağ müharibəsinin qalibi oldu.
Ermənistan bu Bəyanata görə Kəlbəcəri, Laçını, Ağdamı döyüşsüz tərk etməli idi. Bu şərt də Azərbaycan dövlətinin nüfuzunun, gücünün, Azərbaycan Ordusunun qüdrətinin Zəfəri kimi tarixləşdi. Ermənistan ordusunun bu rayonları döyüşsüz tərk etməsi onun təslimolma sənədinin bir hissəsi idi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışında Kəlbəcərin işğalını da xatırlatdı. Bu işğala imkan verən səbəblərdən də danışaraq dedi: “...Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır...”...
Kəlbəcər işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Kəlbəcərdə də böyük quruculuq işləri başladı.
Bu quruculuq işləri dövlətin, bilavasitə dövlət başçısının ciddi nəzarəti ilə aparılmaqdadır. Dövlət başçımızın tarixi Zəfərdən sonra Kəlbəcərə səfərlərində böyük quruculuğun vüsəti artır. 2021-ci il avqustun 16-da Toğanalı-Murovdağ avtomobil yolu üzərində inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməli qoyulub, 2023-cü il may ayının 27-də “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, 2024-cü il sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib, 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinin sakinlərinə mənzillərin açarları təqdim edilib, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub, ...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 21-də Kəlbəcərə səfəri regionda quruculuq işlərinin daha da genişlənməsinin təminatı olacaq. Səfər zamanı dövlət başçımız çıxışında ədaləti bərpa etdiyimizi, xalqımızın iradəli xalq olduğunu, torpağa bağlılığını, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşasının nəzərdə tutulduğunu, bütün infrastruktur layihələrinin icra ediləcəyini, minalardan təmizləmə işləri aparıldığını, Azərbaycan xalqının ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərdiyini, ... xatırladaraq dedi ki, “Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi”.
“Dünən dünənliyində qaldı” deyimi var. Bu deyim dövlətlə, dövlətçiliklə, xalqla bağlı ola bilməz. Hər bir Azərbaycan vətəndaşı dünənləri heç zaman yaddan çıxartmayacaq. Bu səfər zamanı dövlət başçımız çıxışında həm də bu fəlsəfi dərki də xatırlatdı: “ Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə bu səfəri də dövlətimizin quruculuq siyasətinin təzahürüdür və bu səviyyədə də tarixləşdi. Dünya ictimiyyəti bir daha əmin oldu ki, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri də optimal müddətdə yenidən qurmağa qadirdir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see177

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri