Icma.az
close
up
RU
Azərbaycan öz ərazilərini işğaldan azad edərək bölgədə yeni reallıq yaradan yeganə ölkədir RƏY

Azərbaycan öz ərazilərini işğaldan azad edərək bölgədə yeni reallıq yaradan yeganə ölkədir RƏY

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını azad edərək bölgədə yeni reallıq yaradıb.

Bu fikirləri “Report”a açıqlamasıda Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı bu nəticəni Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və prinsipial siyasət sayəsində əldə edib:

“Əslində, həmin dövrdə kənardan bizə ərazilərimizi müharibə yolu ilə azad etməyimizin mümkünsüzlüyü, işğal faktı ilə barışmağımızın zəruriliyi təlqin olunurdu. Hazırda regionda və ümumiyyətlə, dünyada çox sayda münaqişə ocağı mövcuddur. Lakin Azərbaycan bütün maneələri ortadan qaldıraraq öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu.

Bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı ədavətinin və ölkəmizə yanaşmada ikili standartlardan çıxış etmələrinin kökündə də məhz bu amil dayanır. Onların davamlı təxribatlarına baxmayaraq, Azərbaycan regionda yeni reallıq yaratdı və bunu bir neçə il ərzində əhəmiyyətli dərəcədə möhkəmləndirdi”.

Deputat bildirib ki, Azərbaycan bütün dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır:

“Biz bu gün bütün dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq. Amma digər ölkələr də Azərbaycana münasibətdə obyektiv mövqedən çıxış etməlidirlər. Əgər onlar Azərbaycana qarşı ədalətsiz mövqe tutarlarsa, o zaman bunun kəskin qarşılığı olacaq. Hər hansı ölkənin Azərbaycana yönəlik səmimi münasibəti yoxdursa, ikili standartlara və ədalətsizliyə istinad edilirsə, təbii ki buna sərt cavab verilməlidir. Konkret desək, Azərbaycan haqlı olaraq Fransaya qarşı bu mövqedən çıxış edir”.

C.Məmmədov Azərbaycanın region ölkələri ilə yanaşı, digər coğrafiyalarda yerləşən dövlətlərlə də münasibətlərini düzgün formada qurduğunu və inkişaf etdirdiyini vurğulayıb:

“Digər ölkələrlə səmərəli əməkdaşlığa və etimada əsaslanan münasibətlər Azərbaycanı daha da gücləndirir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Avropanın doqquz ölkəsi ilə strateji müttəfiqlik haqqında saziş imzalayıb. Azərbaycan həm region ölkələri, həm də digər coğrafiyalarda yerləşən dövlətlərlə düzgün formada qurduğu münasibətlərini daha da inkişaf etdirməyə çalışır. Bu siyasət Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb”.

O, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdiyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin Rusiya televiziyasına müsahibəsində və COP29-dakı çıxışında Qərbə, ABŞ və Avropa İttifaqına, daha sonra isə AZTV-yə müsahibəsində Rusiyaya yönələn prinsipial fikirləri dövlət başçısının Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdiyini göstərir. Prezident Azərbaycanın Qərb və Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu, lakin özünün milli mənafelərini heç bir halda güzəştə getməyəcəyini bir daha bəyan etdi.

Dövlət başçısının AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiya tərəfinin bu hadisə ilə əlaqədar səsləndirdiyi iddialara kəskin cavabı da xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidentinin həmin fikirləri dünya mediasında da geniş işıqlandırıldı. Bu mövqe ifadəsi onu göstərir ki, Azərbaycan hər hansı təzyiqə rəğmən, özünün müstəqil siyasətini əzmlə davam etdirəcək”.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Yanvar 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri