Icma.az
close
up
RU
Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində zamanı qabaqlayan layihələrin müəllifi olur RƏY

Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində zamanı qabaqlayan layihələrin müəllifi olur RƏY

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Müstəqil Azərbaycan Respubılikasının neft-qaz sektoru çətin dönəmdənn keçərək inkişafın yüksək səviyyəsinə gəlib çatıb.  Biz neft-qaz sektorumuzu inkişaf etdirməklə təkcə ölkəmizin yox, həm də region ölkələrin inkişafına və Avropanın enerji xəritəsinin yenidən qurulmasına töhfə vermişik. Bu il 30 ilini qeyd edən Bakı Enerji Həftəsinin əsası ölkəmizin çətin və təlatümlü bir dövründə qoyulub. 1990-cı illərin əvvəlində Ermənistanın torpaqlarımızı işğalı ilə üzləşdiyimiz müharibə, ölkədə vətəndaş qarşıdurması, siyasi sabitliyin olmaması, iqtisadiyyatın min dəfədən çox inflayasiyası ilə toqquşması neft-qaz sektorumuza xarici investorların marağını azaltmışdı. Çünki heç bir ağıllı investor öz sərmayələrini problemlərin içində batan ölkələrə yatırmır. Amma ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması vəziyyəti kökündən dəyişdi.   Bu həm də xarici investorların Azərbaycana olan baxışlarının da dəyişilməsinə yol açdı”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Deputat bildirib ki, sözügedən illərdə ölkəmizin neft-qaz sektorunun yenilənməsinə ehtiyac var idi: “Bunun üçün mütləq şəkildə xarici investisiyalar cəlb olunmalı idi. Dahi Liderin müəyyənləşdirdiyi net strategiyası sayəsində 20 sentyabr 1994-cü ildə Əsrin Müqaviləsi bağlanır və 7 ölkənin 11 aparıcı şirkəti arasında Xəzər dənizinin dərin qatlarında hasilatın pay bölgüsünə dair saziş imzalanır. Məhz bundan sonra Azərbaycanın neft-qaz və qeyri-neft sektoruna milyardlarla dollar xarici investisiya yatırılır. Ölkədə aparılmış islahatlar və uğurlu siyasi kurs sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf etməyə və dünyanın siyasi sisteminə inteqrasiya olunmağa başlanır. Bəli, Azərbaycan bu illər ərzində böyük inkişaf yolunu qət edə bildi. Belə ki, inşa etdiyi ixrac kəmərləri vasitəsilə neft və qaz resurslarını müstəqil şəkildə beynəlxalq bazarlara çıxartmaq imkanına malik oldu. Xəzər dənizindən İtaliya sərhədlərinə qədər 3500 km uzunluğunda boru kəməri çəkməklə Cənub Qaz Dəhlizi ərsəyə gətirdi. Azərbaycan bu gün 12 ölkəyə boru vasitəsilə qaz ixrac edir və ixracın coğrafiyasının genşləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.  Dövlət başçısının uzaqgörən siyasəti sayəsində ölkəmiz qitələri birləşdirən nəqliyyat logistik marşurtlarını ərsəyə gətirdi. Həm də ölkənin iqtisadiyyatı sürətlə böyük inkişaf yolu keçdi. Bu gün Azərbaycanın xarici dövlət borcu ÜDM-in 7%-dən az olmaqla xarici valyuta ehtiyatlarımızdan 14 dəfə aşağıdır. Azərbaycanda işsizlik 5%-ə enib.  Tarixi borcumuz kimi torpaqlarımızı işğaldan azad etdik, ərazilərimizdə suverənlik bərpa olundu. Azərbaycan sabitlik və inkişaf adasına çevrildi».

A.Badamov vurğulayıb ki, Ekspo Mərkəzində faəliyyətə başlamış 30-cu yubley Bakı Enerji Həftəsi tarixi əhəmiyyətli bir tədbirdir:

«Çünki Azərbaycanın neft-qaz və yaşıl enerji sektorunun inkişaf etdirilməsində Bakı Enerji Həftələrinin böyük rolu olub. Bakı Enerji Həftələri çərçivəsində sərgidə iştirak etməyə gəlmiş müxtəlif şirkətlərin nümayəndələri ilə görüşlər keçirilir və müqavilələr imzalanır. Belə ki, keçən dəfə keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə 1000 meqaVat gücündə bərpa olunan enerji istehsal sahələrinə investisyaların yatırılması ilə bağlı müqavilələr imzlandı. Bu il keçirlən Bakı Enerji Həftəsi çərçivəsində də 100 meqaVat-lıq  bərpa enerji resurslarının istehsalına investisiyaların yatırıılması ilə bağlı müqavilələr imzlanacaq. Azəbaycan yaşıl günədliyini inkişaf etdirməklə istehsal olunan enerjini bərpa olunan enerji üzərinə keçirir və qaza qənaet etməklə, eyni zamanda neft-qaz sektoruna əlavə investisiyalar yatırmaqla 2030-cu ilə qədər əlavə 8 milyard kubmetr mavi yanacağı Avropa İttifaqı ölkələrinə ixrac etmək imkanına malik olacaq. Ümumiyyətlə, Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində zamanı qabaqlayan layihələrin müəllifi olur. Bu da həm qonşularımıza , həm də böyük bir coğrafiyaya fayda gətirir».

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 İyun 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see490

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see275

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see207

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see125

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see123

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see118

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see117

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see117

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see116

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see115

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see115

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see114

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

04 İyun 2025 20:09see114

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see113

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see113

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see112

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see111

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

04 İyun 2025 19:58see110

Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

04 İyun 2025 21:29see110

Müəmmalı seysmik siqnalların SİRRİ AÇILDI

04 İyun 2025 20:40see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri