Icma.az
close
up
RU
Azərbaycan ECO nun daha səmərəli fəaliyyətinə mühüm töhfələr verir

Azərbaycan ECO nun daha səmərəli fəaliyyətinə mühüm töhfələr verir

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən həftə Azərbaycan növbəti beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə evsahibliyi etdi. Lakin bu Zirvə görüşünün ölkəmizdə təşkil olunan digər beynəlxalq tədbirlərdən fərqi onda oldu ki, Qarabağda, erməni separatizmindən xilas edilən Xankəndi şəhərində keçirildi. Cənab Prezident İlham Əliyev də tədbirdəki çıxışında diqqəti məhz bu nüansa yönəldərək, Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi mənasının olduğunu dedi.
Bəli, uzun illər erməni separatizminin yuvası olan Xankəndi tarixi yurd yerimiz kimi yenidən dirçəlir və Azərbaycanın Zəfərini, yüksəlişini, qətiyyətli siyasətini dünyaya bəyan edir. Cəmi 5 il əvvələ qədər Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalı altında idi. 2 il əvvələ qədər isə erməni separatçıları Xankəndidən Azərbaycana qarşı təhdidlər yağdırır, hərbi təxribatlar həyata keçirirdilər. Lakin cənab Prezident İlham Əliyevin Xankəndidə bəyan etdiyi kimi Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmadı. Dövlətimizin başçısı hələ Vətən müharibəsindən əvvəl çıxışlarında hər zaman deyirdi ki, əgər Ermənistan işğal edilmiş torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Bu xəbərdarlıqları ciddi qəbul etməyən Ermənistan və onun havadarları nəticədə Azərbaycanın «dəmir yumruğunu» hiss etdilər. Cənab Prezidentin ECO-nun 17-ci Zirvə görüşündə bildirdiyi kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
Prezident İlham Əliyev çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərini həm də Ermənistanın vandallığı ilə bağlı məlumatlandırdı. İşğal dövründə şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin yer üzündən silindiyi, 67 məsciddən 65-nin yerlə-yeksan edildiyi, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə olunduğu, qəbiristanlıqların vandalizmə məruz qalaraq, dağıdıldığı, qəbir daşlarının talanaraq Ermənistana aparıldığı, Azərbaycana vurulmuş zərərin təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirildiyi onların diqqətinə çatdırıldı.
ECO-nun 17-ci Zirvə görüşünə gələn dövlət və hökumət başçıları Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərinə də şahidlik etdilər. Prezident İlham Əliyev bu barədə danışaraq “Böyük Qayıdış” proqramının icra edildiyini, indiyə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu, hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insanın yaşadığını, çalışdığını və təhsil aldığını onların diqqətinə çatdırdı. Elə Zirvə görüşünün Xankəndidə keçirilməsi də bu şəhərin dirçəlişinin göstəricisidir. Bu mənada ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın Zəfərinin, torpaqlarını güc yolu ilə işğaldan azad etməsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin və bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin növbəti beynəlxalq təqdimatı oldu.
Ümumiyyətlə, ECO artıq həllini tapmış Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib. Bu tədbirdə iştirak etmək üçün Türkiyənin, İranın, Özbəkistanın, Qırğızıstanın, Tacikisitanın, prezidentlərinin, Pakistan və Qazaxıstanın Baş nazirlərinin, Əfqanıstanın Baş nazirinin müavininin, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavininin Qarabağa səfərləri də bunu təsdiq edir. Ona görə bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçirilməsi, tədbirdə ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı torpaqlarımızın işğaldan azad edilməsinə və ərazi bütövlüyümüzə göstərilən növbəti böyük ehtiram və dəstək kimi xarakterizə olunmalıdır. Şuşa şəhərinin 2026-cı il üçün “ECO-nun Turizm paytaxtı” elan edilməsi də ECO-nun Azərbaycanın Zəfəri ilə həmrəyliyinin təzahürüdür.
Azərbaycan-ECO münasibətlərinə gəldikdə isə ilk növbədə qeyd edilməlidir ki, respublikamız bu təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki Zirvə görüşləri 2006 və 2012-ci illərdə də Bakıda keçirilib. Bu Zirvə görüşlərində qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.
Respublikamız ECO çərçivəsində çoxtərəfli əməkdaşlığa da önəm verir. Hazırda ECO-nun 10 üzvü var: Azərbaycan, Türkiyə, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikisitan, Əfqanıstan və Türkmənistan. Bu dövlətlərin hər biri ilə Azərbaycanın sıx əlaqələri var. Respublikamızın reallaşdırdığı kommunikasiya layihələri, yaratdığı enerji dəhlizləri, habelə nəqliyyat dəhlizlərinin inkişafına verdiyi böyük töhfələr ECO-ya üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir.  Azərbaycanın təşəbbüslərinin nəticəsi olaraq ECO daha da inkişaf edib, regiondakı mövqelərini möhkəmləndirib, təşkilat daxilində inteqrasiya prosesləri dərinləşib. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri ECO-ya üzv dövlətlərin demək olar ki, əksəriyyətini əhatə edir. Bunun özü də üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da artması üçün imkanlar yaradır.
Bir məsələni xüsusi vurğulamalıyıq ki,  Azərbaycanın ECO ilə əməkdaşlığı və bu təşkilat çərçivəsində çoxtərəfli əlaqələrə verdiyi töhfələr yalnız iqtisadi məsələlərlə yekunlaşmır. Ölkəmiz təşkilat daxilində mədəni, humanitar və digər müstəvilərdə də münasibətlərin inkişafı üçün fəallıq göstərir. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən ECO Həftəsi bu təşkilatın daha səmərəli fəaliyyətinə xidmət edən əlamətdar hadisədir. ECO Həftəsi çərçivəsində Şuşada Biznes-Forumun, Ağdamda Gənclər Forumunun, Laçında isə Qadınlar Forumunun təşkil edilməsi ECO-nun fəaliyyətinin genişləndirilməsinə xidmət edən mühüm tədbirlər oldu. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər isə davam edir.
Ümumilikdə, Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünün ortaya qoyduğu ən böyük həqiqətlərdən biri Azərbaycanın bu təşkilatın səmərəli fəaliyyəti istiqamətində nümayiş etdirdiyi fəallıq oldu. Bu da Azərbaycanın təşkilatda xüsusi çəkiyə malik üzv olduğunu göstərir. Ölkəmizin regiondakı aparıcı rolu isə sözsüz ki, qarşıdakı dövrdə ECO-nun fəaliyyətinin daha da güclənməsinə və üzv dövlətlərin əməkdaşlığının genişlənməsinə yol açan addımların atılması ilə əlamətdar olacaq.
Xanlar Fətiyev
Milli Məclisin deputatı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 İyul 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri