Azərbaycan “Ekspo 2027 Yokohama”da iştirak edəcək
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb.
“Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək.
“Xoşbəxtlik naminə gələcəyin mənzərəsi” (“Scenery of the Future for Happiness”) mövzusunu əhatə edəcək sərgiyə 15 milyondan çox ziyarətçinin gəlişi gözlənilir.
Azərbaycan pavilyonu sərginin “Birgə mövcudluq” (“Co-existence”) alt bölümü mövzusunda yaradılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 12 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















