Icma.az
close
up
RU
Azərbaycan ən yüksək reytinq balına layiq görülüb

Azərbaycan ən yüksək reytinq balına layiq görülüb

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun müasir vergi sistemi mövcuddur

Beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqidir. Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb. Qlobal Forum tərəfindən indiyədək 2010-2016-cı və 2016-2024-cü illəri əhatə edən 2 qiymətləndirmə həyata keçirilib. Birinci mərhələ çərçivəsində aparılmış qiymətləndirmə ölkəmizin vergi qanunvericiliyində beynəlxalq təcrübənin tam nəzərə alınmasını ehtiva edib. Qiymətləndirmə Qrupu bununla bağlı açıqladığı nəticələrə əsasən, Azərbaycanı ən yüksək reytinq balına layiq görüb. Ölkəmizin reytinqi və müvafiq hesabat noyabrın 21-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəsmi internet səhifəsində dərc edilib.

18 ölkə arasında...

İkinci mərhələ üzrə aparılmış qiymətləndirmələrin nəticələri də qənaətbəxş olub. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilik aktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqi şəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergi orqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı, hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsi təcrübəsi təhlil edilib. Bundan başqa, ölkədə mühasibat uçotu və bank sənədlərinin mövcudluğu, saxlanılması qaydaları, həmin məlumatların vergi orqanlarına əlçatanlığı, ölkədə vergi orqanlarının hüquqları və mövcud məlumat mənbələri, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməletmə səviyyəsi, Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayı, mübadilə olunan məlumatların keyfiyyəti və tamlığı, həmin məlumatın təhlükəsizliyinin qorunması şərtləri də araşdırılıb. 123 ölkəni əhatə edən bu tədqiqatların nəticələrinə əsasən, 18 ölkə standartlara uyğun qiymət şkalası üzrə bal əldə edib ki, onlardan biri də  Azərbaycandır.

Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbər verir. Bu göstərici ölkəmizə bir sıra üstünlüklər qazandırır, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir forumda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Biznesə dəstək verən vergi mühiti

Vergi orqanları tərəfindən həyata keçirilən tədbirlər ölkədə sahibkarlığın inkişafı, rəqabət qabiliyyətinin artırılması, qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması sahəsində aparılan islahatlara əhəmiyyətli töhfə verir. Azərbaycan biznesə başlama üzrə dünyada ən yaxşı təcrübələrdən birinə malikdir. Belə ki, ölkəmizdə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. 2019-cu ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının bir prosedurla tamamlanması təqdim olunur. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Yeni qeydiyyat sisteminə əsasən, qeydiyyat sənədləri vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət qalmır.

İnvestisiya mühitinin yaxşılaşdırılması

Ölkəmizin vergi sistemində aparılan islahatlar biznes və investisiya mühitinin təkmilləşdirilməsinə xidmət edir və son illərdə öz mühüm nəticələrini göstərməkdədir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Müəyyən edilmiş hədəfə nail olmaq üçün dövlət tərəfindən dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dəstək və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi və digər sahələri əhatə edən kompleks tədbirlər həyata keçirilir.

Uğurlarımız beynəlxalq müstəvidə

Azərbaycanın apardığı vergi islahatları davamlı olaraq beynəlxalq təşkilatlar və forumlar tərəfindən təqdir edilir. 2021-ci ildə ölkəmizin vergi administrasiyası dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb. Dövlət Vergi Xidməti 2012-ci ildə CRF-in tamhüquqlu üzvüdür. CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya üzrə müsabiqə elan edildi. 2021-ci il dekabrın 31-dək davam edən müsabiqədə Dövlət Vergi Xidməti “Bir prosedurla dövlət qeydiyyatı” (State registration with single procedure) layihəsi ilə çıxış edib və müsabiqənin nəticələrinə əsasən, “Təqdir” kateqoriyasında qalib gəlib. Ümumiyyətlə, Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübəni artırmaq üçün beynəlxalq əməkdaşlıq diqqətdə saxlanılır. Qurum biznes reyestri siyasətinə, əməliyyatlarına və texnologiya təşəbbüslərinə dair məlumat verən biznes reyestri mütəxəssislərinin birliyi olan Avropa Biznes Qeydiyyatçıları Assosiasiyası ilə də sıx əməkdaşlıq edir. Təşkilatın əsas məqsədi əməkdaşlıq edən biznes qeydiyyatçılarının beynəlxalq icmasının yaradılmasıdır.

“Business Ready” hesabatında layiqli yer naminə

Azərbaycanın vergi administrasiyasının əldə etdiyi nailiyyətlərin mühüm əsaslarını son illərdə ölkədə həyata keçirilən əhatəli vergi siyasəti tədbirləri, o cümlədən vergi inibatçılığının təkmilləşdirilməsi və optimallaşdırılması, sahibkar-məmur münasibətlərinin ən müasir çevik rəqəmsal platforma üzərində tənzimlənməsi, vergi yükünün aşağı salınması və digər islahatlar təşkil edir.

Vergi orqanları tərəfindən biznes mühitinin təkmilləşdirilməsi istiqamətində yeni mütərəqqi təcrübələrin tətbiqi imkanları hazırda ön planda dayanan məsələlərdəndir. Bu məqsədlə biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupu Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə əhatəli diaqnostikanın və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsi hazırlanıb. Bu çərçivəyə əsasən, “Doing Business” hesabatının əvəzində yeni beynəlxalq iqtisadi qiymətləndirmə indeksini müəyyən edən “Business Ready” (B-Ready) tədqiqatının hazırlanması istiqamətində təhlillər davam etdirilir. Biznes və investisiya mühitinə təsir edən müxtəlif sahələrdə institusional islahatlar, ələxsus da vergi yükü və vergi dərəcələri, biznesin fəaliyyətində vergiqoymanın təsirləri, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, bazar rəqabəti, mübahisələrin həlli kimi əsas alt-indekslər üzrə təkmilləşdirmələr həyata keçirilməkdədir.

Vergi orqanı yeni reallıqları nəzərə alaraq Dünya Bankı ilə müasir çağırışlar fonunda “Əlverişli biznes mühiti” adlı yeni layihə çərçivəsində islahatları və iqtisadi təşəbbüslərə yer verməyi planlaşdırır. Belə ki, “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələr həyata keçirilib. Yol Xəritəsinə uyğun olaraq biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində 30-dan çox tədbir həyata keçirilib. Biznesin qeydiyyatının sadələşdirilməsi çərçivəsində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib, xarici mənşəli sənədlərin elektron portal üzərindən notariusa göndərməklə məsafədən tərcüməsinin notariat qaydasında təsdiqlənməsi xidmətindən yararlanaraq müvafiq vergi orqanlarına elektron formada təqdim etmək imkanı yaradılıb. Əmək, Mülki və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq iyun ayında Milli Məclis tərəfindən təsdiqlənib. Həmçinin, 2024-cü ildən kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzanın tətbiqinə başlanılıb.

Başlıca məqsəd...

“Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbirin icrası ilə bağlı işlər yekunlaşmaqdadır. “Vergitutma” indikatoru üzrə 2024-cü il üzrə Yol Xəritəsi üzrə isə 6 altindikator üzrə 9 komponent çərçivəsində 42 müxtəlif tədbirin icrasını nəzərdə tutulur ki, vergi qaydalarının aydınlığı və şəffaflığını, ətraf mühit vergilərini, vergi inzibatçılığının rəqəmsallaşdırılmasını, vergi auditi, mübahisələrin həlli mexanizmi və vergi orqanında idarəetmə tədbirlərini əhatə edir.

Bu istiqamətdə aparılan islahatların başlıca məqsədi Azərbaycanın Dünya Bankının yeni təkmilləşdirilmiş və müasir meyarlar üzrə qiymətləndiriləcək hesabatında öz layiqli yerini təmin etməkdən ibarətdir. Azərbaycan Dünya Bankının yeni və daha şəffaf hesabatında islahatçı ölkələr qrupunda qalmaq iddiasındadır.

Yeni islahatların anonsu

Qarşıdakı illərdə beynəlxalq təşkilatlar, o cümlədən OECD ilə vergi inzibatçılığının daha da optimallaşdırılması tövsiyəsinə əsasən, institasional və təşviqedici addımlar atılacaq. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması kimi ümdə hədəflər yer alıb.

Ümumiyyətlə, sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması kimi istiqamətləri əhatə edən dəyişikliklər həm yerli, həm də beynəlxalq təcrübə əsasında hazırlanıb. Bu isə qurumların və xarici ölkələrin təcrübələrinin vergi islahatları siyasətində önəmli yer tutmasına dəlalət edir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri