Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Azərbaycan enerji təhlükəsizliyində rolunu artırır

Azərbaycan enerji təhlükəsizliyində rolunu artırır

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın etibarlı qaz təchizatçısı kimi həcm və coğrafiya baxımından qaz ixracını artırdığına diqqət çəkərək hazırda ölkəmizin 14 dövləti müntəzəm qazla təmin etdiyini diqqətə çatdırdı. Bu il daha iki Avropa ölkəsinin qaz nəql şəbəkəsinə daxil ediləcəyini vurğulayan dövlət başçısı bununla da Azərbaycan qazını alacaq ölkələrin sayının 16-ya çatacağını xatırlatdı. Bu isə TAP boru kəməri ilə qazın nəqlində ən böyük rəqəm deməkdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Hazırda Azərbaycan 25 milyard kubmetrdən çox qaz ixrac edir.

Suriya enerji böhranından xilas edildi

Ötən il Azərbaycanın qaz idxalçıları sırasına daxil ölkələrdən Suriya ilə əməkdaşlığın qurulması respublikamızın şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi nüfuzunu təsdiqləyir, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynadığını əks etdirir. Qeyd edək ki, SOCAR və Suriya hökuməti arasında imzalanan memorandum Suriyada böhran başlayandan bəri beynəlxalq  səviyyəli ilk sənədlərdən biri kimi mühüm əhəmiyətli saziş kimi xarici enerji koalisiyası tərəfindən də yüksək dəyərləndirilib. Anlaşmaya əsasən, Azərbaycan ildə 1 milyard kub.metr həcmində qazı Suriyanın ötürmə infrastrukturuna çatdırır.

Beləliklə, Azərbaycanın Yaxın Şərqdəki enerji siyasətində yeni bir mərhələnin başlanğıcı qoyulub və ölkəmiz enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirir. Çünki Azərbaycanın qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır. Şünki həmin ölkələr elektrik enerjisi istehsalı üçün ciddi şəkildə xammala ehtiyac duyurlar və bu baxımdan Azərbaycan yanacağı Suriya ilə yanaşı, digər ərəb dövlətlərinin də enerji infrastrukturunun dayanıqlılığına töfhə verə bilər.

Azərbaycan Ukraynaya qaz nəqlini təmin edir

Azərbaycanın enerji böhranından çıxardığı ölkələrdən biri də Ukraynadır. Ötən il Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında imzalanmış müqaviləyə əsasən, ilk dəfə Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükünə başlanılıb. Rus qazının tranziti dayandığından Ukraynanın qazpaylayıcı sistemi işləksiz qaldığı halda tamamilə iflic ola bilərdi və

Azərbaycan Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirməklə Ukraynanın enerji infrastrukturunu sıradan çıxmaqdan xilas edib.

Azərbaycan bu nümunəvi addımı ilə bir haha sübut edir ki, regionda əsil enerji əməkdaşlığı və dostluğu halqası yaradan qüdrətli dövlətdir. Bunu mühüm hadisə kimi dəyərləndirən “Naftogaz”ın baş direktoru Sergey Koretski bildirib ki, qaz tədarükü həcm baxımından kiçik olsa da, strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir.

Avropanın ehtiyacları üçün əlavə ixrac imkanları

Sözsüz ki, Azərbaycanın qaz ixracını artırması üçün resursların istehsalı da artmalıdır. Son illərdə yeni qaz yataqlarındakı blokların hərəkətə gətirilməsi və TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək.

2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Leyenin ölkəmizə səfəri zamanı “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”n imzalanması Azərbaycanın Avropa Birliyində əsas qaz təchizatşılarından biri kimi mövqeyini möhkəmləndirdi və yanacaq həcmlərinin artırılmasına dair niyyət ifadə olundu. Bu plana əsasən, 2024-2027-ci illərdə ölkəmizin qaz istehdsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırılmalıdır. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək.

“Abşeron” yatağı güclü mənbəyə çevrilir

Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kubmetr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2025-cü ildə bu yataqdan 1,5 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu iqtisadi institutlarından biri olan “Fitch Ratings” bir müddət əvvək açıqladığı hesabatda “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğunu bildirib. Ümumilikdə, “Abşeron” və digər yataqlarda da daxil olmaqla, Azərbaycanın təsdiqlənən qaz ehtiyatlarıı 2,6 trilyon kubmetr güman olunur.

Mərkəzi Asiya ölkələri TAP-a qoşula bilər

Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxaql sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzədə tutulur.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri