Rövşən Nəcəf: Azərbaycan Avropanın və digər regionların enerji təhlükəsizliyində rolunu gücləndirməyə hazırdır
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan təkcə Avropada deyil, həm də daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu prosesdə iştirakını genişləndirməyə hazırdır.
Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf XVI "Kazenergy" Avrasiya Forumunda "Yeni enerji nizamı: fövqəl olmayan dövlətlərə önəm" mövzusunda çıxışı zamanı bildirib.
"Hazırda Azərbaycan təkcə Avropada deyil, həm də daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Avqust ayında Suriyaya qaz tədarükünə başladıq və altı ay əvvəl bu haqda nəsə soruşsaydılar, planımızda olmadığını deyərdik. Biz daha böyük regionda enerji təhlükəsizliyinin təmin edilməsində rol oynamağa hazırıq. Bunun üçün kifayət qədər ehtiyatlarımız var", - R.Nəcəf qeyd edib.
O bildirib ki, SOCAR 2022-ci ildən Avropa tərəfdaşlarının xahişi ilə böhran anında Avropaya qaz ixracını təxminən 60 % artırıb.
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















