Azərbaycan ərazisində hantavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC
Bu günə qədər Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hantavirus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Qeyd edilib ki, hazırki vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.
Həmçinin, mərkəz tərəfindən profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunub. Vurğulanıb ki, bunun üçün yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət edilməli, gəmiricilərin məskunlaşmasının qarşısını almaq üçün mütəmadi deratizasiya tədbirləri görülməli, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri aparılarkən qoruyucu vasitələrdən istifadə edilməli, gəmiricilərlə birbaşa təmasa yol verilməməlidir.
Bildirilib ki, hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.
Müxbir - Günel Türksoy
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 May 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















