Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi: Ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb

Səhiyyə Nazirliyi: Ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir.
Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər gücləndirilib. Ağır gedişli kəskin respirator virus infeksiyalı və qripəbənzər əlamətləri olan xəstələrin laborator müayinəsi aparılır. 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb.
Bildirilib ki, hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

seeBaxış sayı:99
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri