Icma.az
close
up
RU
“Azərbaycan fəlsəfəsinin yadda qalan simaları Məqsəd Səttarov” mövzusunda respublika elmi konfransı keçirilib

“Azərbaycan fəlsəfəsinin yadda qalan simaları Məqsəd Səttarov” mövzusunda respublika elmi konfransı keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də AMEA Rəyasət Heyəti və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan fəlsəfəsinin yadda qalan simaları – Məqsəd Səttarov” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans görkəmli filosof alimin 100 illik yubileyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Fəlsəfə və Sosiologiya İnstitutunda baş tutan tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. O, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı ilə əlaqədar AMEA-da müxtəlif istiqamətlərdə və mövzularda silsilə tədbirlərin keçirildiyini deyərək, belə tədbirlərin sırasında həyatı və elmi fəaliyyəti akademiya ilə bağlı olmuş görkəmli alimlərin yubileylərinin də qeyd olunduğunu bildirib. O, AMEA-nın müxbir üzvü olmuş Məqsəd Səttarovun 100 illiyinə həsr edilən konfransın Fəlsəfə və Sosiologiya İnstitutunun bazasında akademiyanın yubileyinə aid tədbirlər kimi mühüm əhəmiyyət daşıdığını söyləyib.

Görkəmli filosofun fəaliyyətinin birbaşa akademiya ilə bağlı olduğunu deyən AMEA rəhbəri onun uzun illər bu elm məbədində çalışdığını, Fəlsəfə və Hüquq İnstitutunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə etdiyini bildirib. Qeyd edib ki, Məqsəd Səttarov, həmçinin Azərbaycan EA Fəlsəfə kafedrasının müdiri kimi gənc alimlərin hazırlanması sahəsində mühüm xidmətlər göstərib.

Akademik İsa Həbibbəyli filosof alimin sovet dönəmində yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, cəmiyyətin alt qatını yaxından görən, hələ 70-ci illərdə cəmiyyəti dərindən dərk edən ziyalı olduğunu vurğulayıb. O qeyd edib ki, yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olmuş Məqsəd Səttarov cəmiyyəti düşündürəcək fikirləri söyləməklə, gəncləri o cəmiyyətin simasını dərindən dərk etməyə, azərbaycançılığa xidmət etməyə yönəldib.

“Məqsəd Səttarov öz dövrünün ideallarına uyğun əsərlər yazsa da, həmin cəmiyyətin ümumi totalitar simasını hamıdan əvvəl dərk edən, onun məhvə məhkum olduğunu hiss edərək yeni nəsillərə çatdıran görkəmli filosof alimdir”, - deyə AMEA prezidenti bildirib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Məqsəd Səttarovun “Fəlsəfə və ideologiya”, “İnsan və cəmiyyət haqqında düşüncələr” kitablarının məziyyətlərindən danışıb, alimin zəngin elmi irsinin bu günün işığında, azərbaycançılıq istiqamətində daha dərindən tədqiq olunmasının vacibliyini qeyd edib.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Məqsəd Səttarovun fəlsəfi görüşlərinə dair” məruzəsini təqdim edərək alimin elmi fəaliyyəti və fəlsəfə elminə verdiyi töhfələr haqqında məlumat verib. Məruzəçi qeyd edib ki, Məqsəd Səttarov 1950-ci illərin sonlarından etibarən taleyini ömürlük olaraq Fəlsəfə İnstitutu ilə bağlayıb. Təxminən otuz ildən çox Fəlsəfə kafedrasına rəhbərlik edən Məqsəd Səttarov gənc və perspektivli alimlərə daim qayğıkeş münasibət göstərib. O, fəlsəfə, din, ontologiya, qnoseologiya və etikanın aktual problemlərinə həsr olunmuş otuz kitab, monoqrafiya və çoxsaylı məqalələr yazıb.

Diqqətə çatdırılıb ki, alimin əsərləri çoxaspektlidir, fəlsəfə və ictimai elmlərin bir çox aktual məsələlərinə, maarifçilik ideyalarına həsr olunub. Onun cəmiyyət və ideologiya haqqında düşüncələri müəyyən maraq kəsb etməklə yanaşı, böyük əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Elmi rəhbər tələbkarlığı ilə səmimi qayğının vəhdəti”, bu institutun şöbə müdirlərindən professor Rəna Mirzəzadə “XX əsr Azərbaycan fəlsəfəsində yeri və rolu olan Məqsəd Səttarov”, professor Azər Mustafayev “Məqsəd Səttarov: fəlsəfi düşüncələrdə, yaddaşlarda və xatirələrdə”, professor Sakit Hüseynov “Düşüncənin yolu: Məqsəd Səttarovun fəlsəfi elmə və Azərbaycanın mənəvi həyatına töhfəsi” və Arzu Hacıyeva “Məqsəd Səttarov opponent rolunda, yaxud zaman içində fəlsəfi dialoq” mövzularında məruzə ilə çıxış ediblər. Professor Rəbiyyət Aslanova çıxış edərək Məqsəd Səttarovun fəlsəfi irsinə münasibətini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri