Icma.az
close
up
RU
Azərbaycan fransızlar tərəfindən soyqırımlara məruz qalmış Ruanda xalqını daim müdafiə edib

Azərbaycan fransızlar tərəfindən soyqırımlara məruz qalmış Ruanda xalqını daim müdafiə edib

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ruanda Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Prezident Pol Kaqamenin səsləndirdiyi fikirlərdən aydın görünür ki, rəsmi Kiqali qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Ruanda Prezidentinin Azərbaycana rəsmi səfərindən danışarkən bildirdi.

"Azərbaycan Fransanın müstəmləkəçi siyasətinin qurbanı olmuş, fransızlar tərəfindən soyqırımlara məruz qalmış Ruanda xalqının tapdalanmış hüquqlarını ən ali kürsülərdə, beynəlxalq platformalarda, xüsusilə, Qoşulmama Hərakatı çərçivəsində hər daim müdafiə edib və öz dəstəyini göstəribdir. Bu, soyqrım və etnik təmizləmələrə məruz qalmış Azərbaycan xalqı üçün bir mənəviyyat məsələsidir. Son illər Afrika dövlətləri ilə Azərbaycan arasında diplomatik, iqtisadi və humanitar əlaqələrin genişlənməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz təzahürüdür. Ruanda ilə münasibətlərin inkişafı da bu siyasətin davamıdır", - deyə o vurğuladı.

Millət vəkili əlavə etdi ki, Ruanda və Azərbaycan rəhbərlərinin görüşündə əldə olunan razılaşmalar iqtisadi əməkdaşlığımızı gücləndirəcək, ticarət, kənd təsərrüfatı, enerji və texnologiya sahələrində yeni imkanlar yaradacaqdır:

"Eyni zamanda, ASAN xidmət modelinin Ruanda da tətbiq edilməsi ilə bağlı fikir mübadiləsinin aparılması və irəliləyən dövrdə bu modelin işlənilməsi Kiqali hökumətin səmərəli fəaliyyətini artıracaq mühüm faktorlardan birinə çevrilə bilər. Bu səfər Azərbaycanın qlobal tərəfdaşlıq siyasətinin uğurla həyata keçirildiyini, ölkəmizin regionlararası əməkdaşlıqda mühüm rol oynadığını sübut edir. Ruanda ilə qurulan münasibətlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin güclənməsinə xidmət edəcəkdir.

Azərbaycan dövləti hər zaman olduğu kimi, bu gün də bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə sadiqdir. Ruanda ilə əlaqələrin daha da inkişafı xalqlarımız arasında dostluq körpülərini möhkəmləndirəcək".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri