Icma.az
close
up
RU
Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Millət vəkili

Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Millət vəkili

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısının, uzaqgörən və məqsədyönlü gənclər siyasətinin parlaq təcəssümüdür. Ulu öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi gənclərin dövlət və cəmiyyət həyatında rolunun strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləmişdir. Məhz bu qərarla Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü ilk təsis və təntənəli şəkildə qeyd edən ölkə kimi tarixə düşüb".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırır, onların bilik və bacarıqlarının inkişafını, vətənpərvərlik ruhunda formalaşmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının təşkili, “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi, istedadlı gənclərə dövlət qayğısını əks etdirən “Qızıl kitab” təşəbbüsü bu siyasətin fundamental sütunlarıdır.

Bu strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Gənclərin təhsili, karyerası, sosial rifahı, vətənpərvərlik ruhunda yetişməsi və ictimai-siyasi proseslərdə fəal iştirakı üçün geniş imkanlar yaradılıb. “Gənclər ili”, “Gənclər evi” sosial xidmət müəssisələri, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, “Yüksəliş” müsabiqəsi və “Gənclər üçün Prezident Mükafatı” bu siyasətin real nəticələridir:

"Dövlət başçısının gənclərə etimad və dəstəyə əsaslanan siyasəti nəticəsində Azərbaycan gəncliyi ictimai-siyasi həyatda fəal iştirak edir, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, elm, təhsil, innovasiya, idman və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanır.

Xüsusilə qeyd olunmalıdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüs və rəhbərliyi ilə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafında, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsində, elmə, təhsilə, mədəniyyətə və idmana cəlb olunmasında müstəsna rol oynayır. “Bakı-2015” Birinci Avropa Oyunları, “Eurovision-2012” kimi mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycan gəncliyinə yeni üfüqlər açmış, ölkəmizi dünya gənclərinin diqqət mərkəzinə çevirmişdir.

Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Rəşadətli Ordumuzun sıralarında döyüşən igid gənclərimiz torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq göstərərək Şanlı Zəfəri xalqımıza bəxş etdilər. Eyni zamanda informasiya müharibəsində fəal mövqe tutan gənclərimiz Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynadılar.

Əminliklə demək olar ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi gənclər siyasəti bundan sonra da Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, dövlətimizin güclənməsinə və milli maraqlarımızın qorunmasına xidmət edəcəkdir.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini səmimi-qəlbdən təbrik edir, onlara sağlamlıq, uğurlar və Vətənimizin parlaq gələcəyi naminə yeni nailiyyətlər arzulayıram".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Fevral 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri