Icma.az
close
up
RU
“Azərbaycan Gürcüstan münasibətləri yeni mərhələyə qədim qoyub” ŞƏRH

“Azərbaycan Gürcüstan münasibətləri yeni mərhələyə qədim qoyub” ŞƏRH

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri təkcə protokol xarakterli diplomatik hadisə deyil, həm də regionda formalaşan yeni geosiyasi konfiqurasiyanın mühüm indikatorudur. Tbilisidə baş tutan bu səfər Azərbaycan–Gürcüstan münasibətlərinin strateji mahiyyətini bir daha nümayiş etdirməklə yanaşı, tərəflər arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinin anonsu kimi qiymətləndirilməlidir."

Bu fikirləri SİA-ya açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, bu səfərin əsas siyasi mesajı çoxşaxəli və aydın məzmun daşıyır. Belə ki, Bakı və Tbilisi regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın əsas təminatçıları olaraq çıxış etdiklərini bir daha təsdiqləyirlər. Həm Cənubi Qafqazda yeni nəqliyyat və enerji xəritəsinin formalaşdığı bir dövrdə Azərbaycan–Gürcüstan tandemi strateji körpü rolunu gücləndirir, həm də bu səfər xarici təsir mərkəzlərinə ünvanlanan mesajdır ki, regionun gələcəyi məhz regional aktorların iradəsi ilə müəyyən olunur.
"Bu kontekstdə Mehriban Əliyevanın səfərdə iştirakı da xüsusi diqqət çəkir. Bu, münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar və mədəni müstəvidə dərinləşdiyini göstərir. Azərbaycan–Gürcüstan əlaqələri artıq klassik qonşuluq münasibətlərindən çıxaraq çoxölçülü strateji tərəfdaşlıq modelinə transformasiya olunmaqdadır.
Yeni mərhələnin əsas konturlarını isə belə xarakterizə etmək olar ki, enerji təhlükəsizliyinin genişlənməsi, Orta Dəhliz çərçivəsində tranzit imkanlarının artırılması, həmçinin regional sülh gündəliyinə koordinasiyalı yanaşma. Bu, xüsusilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra yaranmış yeni reallıqlar fonunda daha da aktuallaşıb. Gürcüstan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edərək regionun logistika və kommunikasiya mərkəzlərindən birinə çevrilməkdədir.
Hesab edirəm ki, geosiyasi baxımdan səfərin əhəmiyyəti olduqca yüksəkdir. Qlobal güclər arasında rəqabətin artdığı, enerji və nəqliyyat marşrutlarının yenidən dizayn edildiyi bir dövrdə Bakı–Tbilisi xətti sabitlik adası kimi çıxış edir. Bu əməkdaşlıq modeli yalnız iki ölkənin milli maraqlarına deyil, həm də Avrasiya məkanında daha geniş iqtisadi və siyasi balansın qorunmasına xidmət edir.
Düşünürəm ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri bir daha göstərdi ki, Azərbaycan–Gürcüstan münasibətləri regionda strateji sabitliyin sütunlarından biridir və bu sütun üzərində qurulan yeni mərhələ artıq təkcə ikitərəfli deyil, qlobal əhəmiyyət daşıyan bir əməkdaşlıq platformasına çevrilməkdədir"-deyə, baş redaktor əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Aprel 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri