Icma.az
close
up
RU
Azərbaycan həm Cənubi Qafqazda, həm də dünyada mühüm yeri, rolu və nüfuzu olan dövlətdir

Azərbaycan həm Cənubi Qafqazda, həm də dünyada mühüm yeri, rolu və nüfuzu olan dövlətdir

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu zamanı Çinin CGTN telekanalına verdiyi müsahibədə bir sıra vacib məqamlara toxunub, Azərbaycanın siyasi, iqtisadi, o cümlədən regional və qlobal maraqları baxımından mühüm açıqlamalar verib. Bu müsahibədə cənab Prezidentin bəhs etdiyi hər bir məsələ ilk növbədə Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə beynəlxalq auditoriyanın dəqiq və dolğun məlumatlandırılması baxımından əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi son illərdə qlobal miqyasda Azərbaycanın yeri və rolu sürətlə güclənməkdədir. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Azərbaycanla münasibətlərdə ayrı-ayrı ölkələrin və təşkilatların yanaşmalarında ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Çünki beynəlxalq münasibətlərin bütün subyektləri başa düşürlər ki, torpaqlarını azad edən Azərbaycan istənilən situasiyada özünün mövqelərini təmin etməyə qadir olan dövlətdir. Başqa cür desək, bütün dünya görür ki, Azərbaycan milli maraq mənafelərindən bir addım belə geri çəkilən ölkə deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətini təməlində məhz bu kimi amillər, qətiyyətli və müstəqil siysət prinsipləri dayanır. Dövlətimizin başçısının müsahibədə qeyd etdiyi kimi Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkədir: «Biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz».

Bu gün beynəlxalq arenada qlobal güclər arasında güclü siyasi-iqtisadi qarşıdurma var. Belə belə şəraitdə Azərbaycanın siyasətində önəmli yer tutan məsələlərdən biri odur ki, ölkəmiz bu güclərin qarşıdurma meydanına çevrilməli deyil. Azərbaycan yalnız sülh və əməkdaşlıq meydanı olmalıdır. Bu xətt Prezident İlham Əliyevin xarici siyasət kursunda özünü aydın büruzə verir. Təsadüfi deyil ki, Azərbaycan qlobal müstəvidə narahatlıq doğuran məsələlərin yoluna qoyulmasında fəal iştirak edən dövlət kimi tanınır. Cənab Prezident İlham Əliyev müsahibədə bununla bağlı çox haqlı olaraq qeyd etdi ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.

Müsahibədə toxunulan əsas məsələlərdən biri də Azərbaycanın bağlayıcı dövlət kimi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolu və yeri barədə oldu. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycanın razılığı və iştirakı olmadan bu nəqliyyat dəhlizləri məhsuldar fəaliyyət göstərə bilməz. Məhz Azərbaycanın nəqliyyat-logistika sahəsində həyata keçirdiyi infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası Şərq-Qərb nəqliyyat dəhlizinin Orta Dəhliz istiqamətinin ötürücülük qabiliyyətini, imkanlarını daha da artırıb, onu daha işlək və məhsuldar bir səviyyəyə yüksəldib. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın həyata keçirdiyi layihələr bu marşrut üzrə daşınan yüklərin həcminin proqnozlaşdırıldığından daha çox artmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi Azərbaycanın hədəfi ticarət limanında 15 milyon ton yükaşırma olub, lakin növbəti illərdə 25 milyon ton yükün qəbul edilməsi gözlənilir. Buna görə Azərbaycan dəniz ticarət limanı və dəmir yolu infrastrukturlarının genişləndirilməsini həyata keçirir.

Onu da qeyd etmək istərdim ki, Azərbayan söz sahibi olduğu sahələrdə həmişə səmərəli əməkdaşlıq həyata keçirir və cənab Prezidentin müsahibəsində bu açıq şəkildə ifadə olunur. Təsadüfi deyil ki, Orta Dəhliz üzrə Azərbaycanın əsas əməkdaşlıq etdiyi dövlətlərdən biri dünyanın ən nəhəng dövlətləri sırasında dayanan, eyni zamanda dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çin Xalq Respublikasıdır. Çin dövləti Şərq-Qərb marşrutu çərçivəsində Azərbaycandan keçən Orta Dəhlizin imkanlarına həmişə böyük maraq göstərib. Öz növbəsində Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə böyük dəstək verir. Təsadüfi deyil ki, 2019-cu ilin aprel ayında Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət almışdı.

Bugünkü reallıqlar göstərir ki, nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq Azərbaycan və Çinin milli maraqlarına xidmət etməklə, həm də hər iki dövlətin əlaqələrinin strateji məzmun kəsb etməsinə gətirib çıxarıb. Belə ki, 2024-cü ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalayıblar. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi bu Bəyannamənin imzalanması ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır.

Əlaqələrin inkişafında əlbəttə ki, Azərbaycan və Çin liderlərinin dostluq münasibətləri də böyük rol oynayır. Dost Çin dövləti Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın inkişafını və Cənubi Qafqazdakı lider mövqeyini təqdir edir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq əlaqələr qurulub. İki ölkə arasındakı dostluq münasibətlərinin nəticəsidir ki, Çin vətəndaşları Azərbaycana artıq vizasız səfər edə bilərlər. Bütün bunlar göstərir ki, Azərbaycan-Çin münasibətləri strateji məzmunda inkişaf edir.

Hazırda Çinin dünya iqtisadiyyatındakı payı 19-20 faizi həcmindədir. O cümlədən Çin ixrac olunan məhsulara görə qlobal iqtisadiyyatda əhəmiyyətli yer tutur. Bu sırada ən müasir texnoloji məhsuallar xüsusi qeyd edilməlidir. Belə bir dövlətlə yaxından əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın iqtisadi maraqları baxımından əlbəttə ki, cəlbedicidir. Prezident İlham Əliyev müsahibədə Çinlə tərəfdaşlığın yeni istiqamətlərini də açıqladı. İki dövlət həmçinin «yaşıl enerji» texnologiyaları sahəsində də əməkdaşlıq edəcək.

Prezident İlham Əliyevin müsahibədə toxunduğu məsələlərdən biri də Azərbaycanın qlobal Cənub və qlobal Şimal arasındakı rolu ilə bağlı oldu. Məlum olduğu kimi Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycan geri qalmış, o cümlədən ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirib. COP29 zamanı Azərbaycanın təşəbbüsü ilə qlobal iqlim dəyişikliklərinin ada dövlətlərinə yaratdığı fəsadların qarşısının alınması məqsədilə xüsusi toplantı keçirildi. Bütün bunlar, o cümlədən Somali Prezidentinin bu günlərdə Azərbaycana səfəri, Azərbaycanın Afrika dövlətləri ilə genişlənən əlaqələri göstərir ki, respublikamız öz siyasətini yalnız Cənubi Qafqazla məhdudlaşdırmır. Bu baxımdan qlobal Şimal və qlobal Cənub arasında da Azərbaycanın rolu getdikcə artmaqdadır.

Azərbaycan həm Cənubi Qafqazda, həm də dünyada mühüm yeri, rolu və nüfuzu olan dövlətdir. Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsi də respublikamızın nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından müühm əhəmiyyət kəsb etdi.

Mübariz Qurbanli

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri