Mavi balina nın yaradıcısı həbs olundu VİDEO
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Novosibirsk vilayətində “Mavi balina” kanalının yaradıcısı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, ictimai səhifə yaratmaqda təqsirləndirilən İlya Poqiblov Cinayət Məcəlləsinin 2 maddəsi ilə təqsirli bilinib: özünü öldürmə həddinə çatdırma və internetdə bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmayanları intihara sövq etmə.
Müstəntiqlərin fikrincə, 2023-cü ildə başqalarının ölümündə patoloji marağı olan Poqiblov "Mavi balina" ictimai kanalı vasitəsilə sosial şəbəkələrdə ünsiyyət quraraq, potensial qurbanları "intihara hazırlaşmaq üçün zəruri olan bir sıra ixtisaslaşdırılmış tapşırıqları yerinə yetirməyə" təşviq edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığından cinayət əməlini törətməyə vaxtı olmayıb.
Poqiblov 4 il internet saytının idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilməklə 9 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edilib.


