Icma.az
close
up
RU
Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır

Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fikir azadlığı, plüralizm və söz azadlığı hər bir insanın öz əqidəsini formalaşdırmaq, onları ifadə etmək və ictimai həyatda iştirak etmək imkanını təmin edən əsas hüquq və dəyərlərdir. Bunlar bir-biri ilə əlaqəli və bir-birindən asılı olmaqla açıq və demokratik cəmiyyətin əsasını təşkil edir. Fikir azadlığı insanın məcburiyyət və senzuraya məruz qalmadan öz əqidə və fikirlərini formalaşdırmaq hüququdur. Bu, məlumatları əks etdirmək, təhlil etmək və öz nəticəsinə gəlmək imkanıdır. Söz azadlığı insanın dövlət və ya digər qüvvələrin təqibindən qorxmadan öz fikir və əqidəsini sərbəst ifadə etmək, məlumat almaq və yaymaq hüququdur. Bura şifahi və yazılı formada, mediada və digər ünsiyyət formalarında söz azadlığı daxildir. Fikir azadlığının və plüralizmin reallaşması üçün söz azadlığı ilkin şərtdir. Onlar birlikdə insanların sərbəst şəkildə fikir mübadiləsi apara bildiyi, tənqidi düşünə biləcəyi, ictimai həyatda iştirak edə bildiyi mühit yaradır ki, bu da demokratik cəmiyyətin inkişafının ilkin şərtidir.Azərbaycanda söz azadlığı varmı?

Əvvəlcə gəlin onu aydınlaşdıraq: söz azadlığı nədir? Başqasının məhrəmini, dövlətin sirrini ortaya qoymaq söz azadlığıdırmı? Və ya başqasının sirlərini ifşa edərək yazıb, müəyyən məbləğ müqabilində həmin yazıları siləcəyini vəd etmək. Və yaxud mətbuat, jurnalistika, media, xəbər agentliyi adı altında kəşfiyyatla məşğul olmaq... Bu mövzuda çox danışmaq olar. Amma deyim var ki, "görünən kəndə bələdçi lazım olmur".

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların harmoniya içində yaşadığı tolerant bir ölkə olub. Bu tolerantlıq, qonşuları ilə münasibətlərdə hörmət və sayğının əsas prinsip kimi qorunması ilə özünü göstərir. Eyni zamanda, Azərbaycan hökuməti söz azadlığına və media müstəqilliyinə xüsusi əhəmiyyət verir, lakin bu azadlıqların milli təhlükəsizliyə zərər verməyəcək şəkildə istifadə olunmasını da təmin edir. Azərbaycan öz ərazisində yaşayan bütün xalqların, dinlərin və mədəniyyətlərin hüquqlarını qoruyur. Dövlət tərəfindən dini və etnik azlıqların mədəni irsinə dəstək verilir, beynəlxalq səviyyədə tolerantlıq nümunəsi kimi təqdim olunur.

Nicat İsmayılov

“Ölkədə çoxsaylı müstəqil media qurumları, beynəlxalq informasiya agentliklərinin ofisləri fəaliyyət göstərir. Bununla belə, Azərbaycan qanunvericiliyi mediaya verilən azadlığın sui-istifadə edilməsinə, xüsusən də kəşfiyyat fəaliyyəti və dövlətə xəyanət kimi hərəkətlərə yol verilməsinə qarşı sərt tədbirlər nəzərdə tutur. Buna misal olaraq, Sputnik Agentliyinin fəaliyyətini göstərmək olar. Rusiyanın dövlət informasiya agentliyi olan Sputnik Azərbaycanda uzun müddət fəaliyyət göstərsə də, onun əslində media fəaliyyəti adı altında kəşfiyyat işləri apardığı təsdiqlənib. 2025-ci ilin fevral ayında agentliyin lisenziyasının ləğv edilməsinə baxmayaraq, qeyri-qanuni şəkildə işini davam etdirməsi Azərbaycanın milli təhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndirilib. Təbii ki, Azərbaycan dövləti lazımi tədbirləri görür və görməkdə davam edir”-deyən politoloq vurğulayıb ki, araşdırmalardan sonra Sputnikin qanunsuz fəaliyyəti dayandırılıb.

Nicat İsmayılov maraqlı məqamlara da toxunub. Politoloq qeyd edib ki, bu Azərbaycanın mediaya verdiyi azadlığın sui-istifadəsinə qarşı sərt münasibətini nümayiş etdirir. Nicat İsmayılov vurğulayıb ki, xarici dövlətlərin müdaxilə cəhdlərinə İran nümunəsini göstərmək olar.

“Dini qruplar adından kəşfiyyat fəaliyyəti bunun bariz nümunəsidir. İran tərəfindən dini təriqətlər (xüsusilə radikal şiə qrupları) vasitəsilə Azərbaycanda kəşfiyyat və təxribat işləri aparıldığı müxtəlif dövlət mənbələri tərəfindən təsdiqlənib. Bu cəhdlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vaxtında aşkar edilərək neytrallaşdırılıb. DTX-nin uğurlu əməliyyatları bütün bu müdaxilələrə operativ nəzarətin bariz nümunəsidir. Son illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən bir sıra əməliyyatlar nəticəsində İranla bağlı şəbəkələrin casusluq fəaliyyətinin üstü açılıb. Həmçinin ölkəmizdə icrası planlaşdırılan terror və kütləvi iğtişaş təxribatlarının qarşısı alınıb. Ölkə daxilində qeyri-qanumi silahlı dəstələr ləğv edilib”-deyə politoloq bildirib.

Nicat İsmayılov vurğulayıb ki, tolerantlıqla təhlükəsizliyin balansını qorumaq çox önəmli amildir.

“Azərbaycan öz vətəndaşlarına, yerli və beynəlxalq media qurumlarına geniş azadlıqlar tanıyır. Lakin bu azadlıqların dövlətə xəyanət və milli təhlükəsizliyə zərər vermək üçün istifadə edilməsinə qarşı sərt siyasət yeridir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti sayəsində xarici kəşfiyyat təşkilatlarının və təxribatçı qrupların cəhdləri vaxtında aşkar edilir və neytrallaşdırılır. Bu, Azərbaycanın suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün həyata keçirdiyi uğurlu strategiyanın nəticəsidir”-deyən politoloq qeyd edib ki, Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri