Icma.az
close
up
RU
“Azərbaycan Heydər Əliyevin siyasi irsi üzərində yüksəldi” AÇIQLAMA

“Azərbaycan Heydər Əliyevin siyasi irsi üzərində yüksəldi” AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Heydər Əliyev müasir Azərbaycanın formalaşmasının əsasını qoyan və ölkəmizin inkişaf strategiyasını müəyyən edən liderdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 
O bildirib ki, xalqın israrı ilə ikinci dəfə hakimiyyətə qayıdışı isə bu gün əldə etdiyimiz dövlətçilik uğurlarının əsas başlanğıcıdır:
“1990-cı illər Azərbaycan üçün həm siyasi, həm də hərbi baxımdan ən ağır mərhələlərdən biri idi. Sovet İttifaqının süqutundan sonra ölkə dərin böhran, idarəetmə boşluğu və təhlükəli qarşıdurmalarla üzləşmişdi.
AXC–Müsavat hakimiyyətinin yanlış qərarları torpaqların ard-arda itirilməsinə və dövlət institutlarının zəifləməsinə səbəb oldu. Xocalı faciəsi, Gəncədə baş verən qardaş qırğını və ölkənin parçalanma təhlükəsi vəziyyəti daha da gərginləşdirdi.
Belə bir zamanda xalq Heydər Əliyevi yenidən siyasi rəhbərliyə dəvət etdi və o, qısa müddətdə Gəncədəki qarşıdurmanın qarşısını aldı. Dövlət idarəçiliyinə rəhbərlik etməyə başladıqdan sonra ölkəni dağılmaqdan xilas edərək sabitliyi bərpa etdi. Onun rəhbərliyi ilə iqtisadiyyat yenidən quruldu və Azərbaycanın taleyinə təsir edən “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanı beynəlxalq enerji xəritəsində mühüm oyunçuya çevirdi və ölkənin diplomatik əlaqələri yeni səviyyəyə qalxdı.
1994-cü ilin atəşkəsi daxili sabitlik və inkişaf üçün yeni imkanlar yaratdı. Aparılan islahatlar dövlət idarəçiliyini gücləndirdi, torpaq islahatları isə kəndlilərin mülkiyyət hüququnu təmin etdi. Heydər Əliyev bütün planlarını tam həyata keçirə bilməsə də, müəyyənləşdirdiyi siyasi xətt sonrakı dövr üçün möhkəm təməl yaratdı. Prezident İlham Əliyev bu siyasi kursu davam etdirərək Ulu Öndərin strateji hədəflərini reallaşdırdı.
Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi Heydər Əliyevin ən böyük arzusunun yerinə yetməsi oldu.
Bu gün Azərbaycan regionda söz sahibi olan və prosesləri istiqamətləndirən güclü dövlətə çevrilib. Heydər Əliyevin qoyduğu ideyalar və dövlətçilik məktəbi isə Azərbaycan var olduqca yaşamğa davam edəcək”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri