Icma.az
close
up
RU
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb?

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, xarici ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların azalma dinamikası müşahidə olunan istiqamətlər də məlum olub.

Yerli mətbuatda dərc olunan xəbərə görə, hesabat dövründə bəzi ölkələrdən sərmayə axınında geriləmə qeydə alınıb.Siyahının başında Norveç gəlir. Bu ölkədən investisiyalar ötən il 102 milyon 613 min dollar olduğu halda, bu il kəskin azalaraq 2 milyon 990 min dollar təşkil edib. Nəticədə 34,3 dəfə və ya 99 milyon 623 min dollar azalma qeydə alınıb. 

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) üzrə göstərici 16 milyon 520 min dollardan 4 milyon 545 min dollara enib. Bu da 3,6 dəfə və ya 11 milyon 975 min dollar azalma deməkdir.

Asiya İnkişaf Bankı ötən il 19 milyon 860 min dollar investisiya yatırdığı halda, bu il rəqəm 5 milyon 464 min dollara geriləyib. Burada 3,6 dəfə və ya 14 milyon 396 min dollar azalma müşahidə olunub.

Lüksemburqdan sərmayə 22 milyon 435 min dollardan 7 milyon 541 min dollara düşüb. Bu isə 3,0 dəfə və ya 14 milyon 894 min dollar azalma deməkdir.

Digər azalmalara gəldikdə isə göstərilir ki, Almaniyadan investisiya axını 46 milyon 636 min dollardan 23 milyon 278 min dollara enib. Nəticədə 2,0 dəfə və ya 23 milyon 359 min dollar azalma olub.

Latviya üzrə göstərici 11 milyon 576 min dollardan 5 milyon 800 min dollara düşüb ki, bu da 2,0 dəfə və ya 5 milyon 777 min dollar azalma deməkdir. 

Niderland Krallığı ötən il 31 milyon 912 min dollar yatırdığı halda, bu il 17 milyon 269 min dollar investisiya edib. Azalma 46 % və ya 14 milyon 643 min dollar təşkil edib. 

Siyahını Avstriya və Birləşmiş Ərəb Əmirlikləri tamamlayır. Avstriyadan investisiya 30 milyon 703 min dollardan 21 milyon 809 min dollara (29 % azalma), BƏƏ-dən isə 356 milyon 307 min dollardan 257 milyon 723 min dollara (28 % azalma) enib.

Cari ildə xarici ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyalarla bağlı azalma dinamikasının müşahidə edildiyi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya ölkədə investorlar üçün geniş və əlverişli imkanlar yaradıb:

“İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 mlrd. ABŞ dollarından çox olub, bunun da təxminən 180 mlrd. ABŞ dolları xarici investisiyaların payına düşüb. Xarici sərmayədarların aktiv iştirakı ilə “yaşıl enerji”, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda ortaq layihələr həyata keçirilir. 

Əldə olunan bu nəticələr beynəlxalq tərəfdaşlarla ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni birgə layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir.

22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. 

Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur.

Ölkə iqtisadiyyatında müşahidə olunan davamlı müsbət meyillər fonunda kredit reytinqimiz artmış və iki aparıcı beynəlxalq reytinq agentliyi  (2024-cü ildə “Fitch Ratings” və 2025-ci ildə isə “Moody’s Ratings”) tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib.

Bu mühüm nəticələr Azərbaycanın makroiqtisadi sabitliyinə, fiskal dayanıqlığına və institusional islahatların davamlılığına beynəlxalq maliyyə bazarlarının artan etimadının bariz göstəricisidir və ölkəmizi uzunmüddətli investisiyalar üçün daha cəlbedici edir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan investisiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri