Icma.az
close
up
RU
Azərbaycan İran münasibətləri: yeni siyasi və mədəni birgəliyin başlanğıcı

Azərbaycan İran münasibətləri: yeni siyasi və mədəni birgəliyin başlanğıcı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu gün Azərbaycan regionun güclü dövlətlərindən biridir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 2-də Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından müsbət strateji əməkdaşlıq üfüqləri vəd edir. Azərbaycanın regionda belə aktiv bir mövqe sərgiləməsi, ümumən regionun rifahı üçün əhəmiyyətlidir.

Bu səfərin tarixi əhəmiyyətini və siyasi perspektivini Azərbaycan prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ifadə etdi. Prezident dedi ki, "Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə - sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”.
Nəzərə alsaq ki, İran prezidenti azərbaycanlıdır, Şəhriyar şeirinin aşiqidir. Onun Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda “Heydərbabaya salam” poemasından səsləndirdiyi misraların mənəvi sferada hansı atmosferi yaratdığını şərh etməyə ehtiyac qalmır. İranla yaxın qonşuyuq, bizi hətta qohumluq əlaqələri birləşdirir. Azərbaycanın varlığı, ölkəmizin qlobal dünya düzənində balanslaşdırılmış siyasət yürütməsi regionda və dünyada geosiyasi sabitliyi təmin edən əsas amildir. Bu mənada, bu səfərin tarixi əhəmiyyətini həssasiyyətlə dəyərləndirməliyik. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 2-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda da açıqladı, “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”, - dedi.
Ölkə başçısı bəyanatında çox önəmli məsələlərə vurğu saldı. Azərbaycan-İran strateji münasibətlərin gələcəkdə hansı yüksələn xətlə inkişaf edəcəyinin hərəkət trayektoriyasını imzalanan sənədlər əsasında əyaniləşdirdi. Bu, hər iki ölkənin bir-birinə olan xoş münasibətinin təzühürü sayılmalıdır.
Azərbaycanla İran hazırda beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində hər iki ölkə daim bir-birinin yanındadır. Qarşılıqlı əməkdaşlığın inkişafında Prezidentin açıqladığı məqamlar əsas prioritetdir: “həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”.
Əlbəttə ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 2-də Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri daha axarlı, daha nizamlı müstəviyə gətirəcək, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə irəli aparacaq.
Prezident İlham Əliyevin öz bəyanatında məhz mədəni əlaqələrə önəm verməsi vacib məqamlardan sayılmalıdır. Çünki bütün digər əlaqələrlə yanaşı, mədəniyyət, ədəbiyyat, humanitar düşüncə sahəsində qurulan birliklər əsrlərdən əsrlərə körpü ola bilir. Bu gün Azərbaycan İran mədəniyyətini birləşdirən nə qədər ortaq dəyərlər, ortaq keşmiş var: “Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir”.
Bu dəyərlərə söykənərək, daha perspektiv düşüncə çevrəsi yaratmaq, dövlətimizin siyasi sahədə yaratdığı harmoniya və ahəngi mədəni sferaya daşımaqla birgəliyimizə daha təməlli, daha dinamik kontekst qazandıra bilərik.

Elnarə Akimova
YAP idarə Heyətinin üzvü, Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see286

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see249

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see233

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see216

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see189

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see187

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see176

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see172

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see156

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see152

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see152

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see151

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see148

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see145

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see144

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see144

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see141

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see138

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri