Azərbaycan İslam dünyası ilə Qərb arasında dialoq rolunu gücləndirir ŞƏRH EDİLDİ
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Leyla Əliyevanın Əbu-Dabidə keçirilən “İnsan Qardaşlığı Məclisi”ndə səsləndirdiyi fikirlər təkcə humanitar və sosial mesajlar deyil, eyni zamanda Azərbaycanın son illərdə ardıcıl şəkildə formalaşdırdığı yumşaq güc strategiyasının açıq təzahürüdür. Bu çıxış göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə özünü yalnız enerji, təhlükəsizlik və nəqliyyat layihələri ilə deyil, həm də dəyərlər, humanizm və mədəni dialoq üzərindən təqdim etməyə çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycanın multikulturalizm, dini tolerantlıq və fərqli mədəniyyətlərə hörmət modeli uzun müddətdir daxili siyasi sabitliyin əsas sütunlarından biridir: "Leyla Əliyevanın bu modeli beynəlxalq platformada, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri kimi həm İslam dünyasında, həm də qlobal miqyasda nüfuz sahibi olan bir ölkədə səsləndirməsi, Azərbaycanın bu təcrübəni artıq ixrac edilə bilən siyasi-mədəni kapital kimi təqdim etdiyini göstərir. Bu, klassik diplomatiyanı tamamlayan və onu daha yumşaq, daha qəbulolunan edən mühüm amildir. Qadın liderliyinin “insan qardaşlığının təməli” kimi təqdim olunması da təsadüfi deyil. Bu yanaşma bir tərəfdən Qərb dünyasında ön planda olan gender bərabərliyi və inklüzivlik diskursu ilə səsləşir, digər tərəfdən isə İslam dünyasında qadının ailə və cəmiyyət daxilindəki rolunu müasir kontekstdə yenidən şərh edir. Azərbaycan bu mövqelə çıxış etməklə özünü nə radikal Qərb modeli, nə də qapalı ənənəçilik tərəfdarı kimi deyil, tarazlaşdırıcı və körpü yaradan aktor kimi təqdim edir. Təhsil və uşaqların qorunması mövzusuna xüsusi vurğu isə strateji baxımdan gələcəyə yönəlik mesajdır. Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə məktəblər tikməsi və təhsil layihələrinə dəstək verməsi, Azərbaycanın humanitar diplomatiyasının praktik müstəvidə necə işlədiyini nümayiş etdirir. Bu, klassik yardım modelindən fərqli olaraq, uzunmüddətli təsir yaradan, yerli cəmiyyətlərdə müsbət imic formalaşdıran bir yanaşmadır. Eyni zamanda, sosial medianın mənfi təsirlərinə diqqət çəkilməsi göstərir ki, Azərbaycan qlobal problemlərə yalnız müşahidəçi mövqedən deyil, həll yolları axtaran məsul tərəfdaş kimi yanaşır. Bu mövqe ölkəni beynəlxalq müzakirələrdə daha etibarlı və konstruktiv aktor kimi təqdim edir.
Ümumilikdə, bu çıxış və tədbirdə iştirak Azərbaycanın yumşaq güc strategiyasının artıq formalaşma mərhələsini keçərək institusionallaşma və beynəlxalq tanınma mərhələsinə daxil olduğunu göstərir. Azərbaycan bu xətt vasitəsilə İslam dünyası ilə Qərb arasında ideoloji və mədəni uçurumun dərinləşdiyi bir dövrdə dialoq platforması rolunu gücləndirir və özünü qlobal miqyasda etibarlı, balanslı və dəyərlərə əsaslanan tərəfdaş kimi möhkəmləndirir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Fevral 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















