Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan İsraillə münasibətlərdə “İbrahim sazişləri”ndə olanlardan xeyli irəlidədir Deputat

Azərbaycan İsraillə münasibətlərdə “İbrahim sazişləri”ndə olanlardan xeyli irəlidədir Deputat

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp razılaşma əldə etməyə meyillidir, husilərə zərbələr endirdi, onlar da vəd verdilər ki, daha Qırmızı dənizdə gəmilərə hücum etməyəcəklər. Suriya liderini qəbul etdi və sanksiyaların götürülməsinə razılıq verdi. Bu, Türkiyənin və Səudiyyə Ərəbistanının təkidi nəticəsində baş verdi. Bunlar hamısı müsbət məqamlardır.

Bu barədə Milli Məclisin deputatı, politoloq  Rasim Musabəyov 525.az-a ABŞ liderinin Yaxın Şərqə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, indi ola bilsin ki, bu qərarlara görə İsrailin Baş naziri Benyamin Netanyahu və onun hökuməti məyusdurlar, amma Tramp iş adamıdır, düzgün hesablayıb ki, İsrailin və Netanyahunun nazı ilə oynamaq ona əlavə xərc, başağrısı deməkdir.

İran məsələsinə diqqət çəkən deputat deyib ki, burda iki xətt var idi, bir xətti Netanyahu hökuməti irəli aparırdı, ABŞ-la birgə İrana onun nüvə proqramını neytrallaşdırmaq üçün hərbi zərbələr endirmək, ya da ultimatum verib, onların bütün nüvə layihələrini qapatmaq: “Bu, çətin bir məsələ idi. İkinci yanaşma isə razılaşma əldə etməkdən ibarət idi. Razılaşmalar əldə etmək müəyyən mənada məsələləri sülh yolu ilə həll etmək və qazancdır. İndi Tramp Səudiyyə Ərəbstanından, Qətərdən və  BƏƏ-dən 1 trilyona yaxın investisiya cəlb edəcək. Ona görə də buna üstünlük verir. Hər halda indi Türkiyənin də müraciətini yerə salmadı, açıq şəkildə elan etdi ki, Türkiyənin və Səudiyyə Ərəbistanının tövsiyələrini nəzərə alaraq, Suriya üzərindən sanksiyaları götürməklə şans verir ki, dövlət kimi bərpa olunsun. Trampın əvvəlki 4 illik hakimiyyətinə də nəzər salsaq görərik ki, o müharibəyə meyilli deyil. ABŞ müharibələr başlamırdı. Düzdür, hansısa lokal zərbələrdə iştirak etdi, iranlı general Qasim Süleymanini aradan götürdü, Rusiyanın vaqnerlərini Suriyada onlar artıq əndazəni aşdıqları üçün darmadağın etdi, ancaq müharibəyə meyilli deyil. Tramp iş adamıdır, o hərbə-zorba gəlir, lakin məqsədi dava yox, razılaşmadır. İndi təkcə Bayden administrasiyası deyil, elə Obama hakimiyyəti dövründə də baş verənlər, “Ərəb baharı” inqilabları ona gətirib çıxardı ki, bir çox ölkələr demək olar ki, dağıldı, onlar irəli getmək əvəzinə gerilədilər. Liviya, Yəmən, Suriya və s. bunlar hamısı göz önündədir. Belə olan halda Tramp sabitliyin yaranmasına və onların inkişaf yoluna çıxmalarına üstünlük verir. Hər halda Suriyaya belə bir şans verirlir”.

Deputat Azərbaycanın “İbrahim sazişləri”nə qoşula bilməsinə də toxunub. Qeyd edək ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bəyan edib ki, Vaşinqton yaxın zamanda Azərbaycana bu sazişlərə qoşulmağı təklif edib.

R. Musabəyov deyib ki, Azərbaycanın İsraillə əməkdaşlığı İbrahim sazişində olanlardan xeyli irəli gedib:

“Biz İsraillə müharbədə olmuşuq ki, indi sülh bağlayaq, əlbəttə ki, yox. Azərbaycan İsrail ilə çox sıx əməkdaşlıq edir, strateji tərəfdaşıq. Deyirlər ki, hansısa ərəb ölkələri təhlükəsizlik sahəsində İsraillə əməkdaşlıq etsinlər, biz bu əməkdalığı demək olar ki, 15 ildir edirik. Biz İsraili neftlə təmin edirik, qaz istehsalı ilə bağlı işlərdə iştirak edəcəyik. İsraillə hərbi sənayedə, rəqəmsal sənaye, texnologiyalar, kənd təsərrüfatı, tibb və digər sahələrdə çox yaxşı əməkdaşlığımız var. Yəni, o “İbrahim sazişləri”ndə nəzərdə tutulduğundan xeyli irəlidəyik. Digərləri bizə baxsınlar, İsraillə münasibətdə bizə yaxınlaşsınlar. Ona görə düşünmürəm ki, gedib İsraillə təzə münasibət qurmağa meyilli olan ərəb ölkələri ilə eyni cərgədə münasibətlərə başlayaq”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see180

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see173

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see128

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see123

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see123

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see122

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri