Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik sisteminin və dayanıqlılığının inkişaf etdirilməsi üçün bir sıra layihələr icra edir

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik sisteminin və dayanıqlılığının inkişaf etdirilməsi üçün bir sıra layihələr icra edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik sisteminin və dayanıqlılığının inkişaf etdirilməsi üçün bir sıra layihələr icra edir. Eyni zamanda, mərkəz ölkə səviyyəsində təsdiq olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın müxtəlif alt bəndlərini həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə KİV-lərə müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyahyayev bildirib. Onun sözlərinə görə, strategiyanın əsas məqsədlərindən biri ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının formalaşdırılması, insan resurslarının yetişdirilməsi və beynəlxalq platformalarda iştirak edəcək komandaların hazırlanmasıdır.

O qeyd edib ki, bu məqsədlə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyi kibertəhlükəsizlik üzrə “WorldSkills Şanxay 2026” beynəlxalq yarışının milli komandalarının hazırlığına başlayıblar. Şahmar Hacıyahyayevin sözlərinə görə, bu platforma kibertəhlükəsizlik sahəsində biliklərin qlobal səviyyədə nümayiş etdirilməsinə xidmət edir. Eyni zamanda, müsabiqələr gənclərin gələcək kibertəhlükəsizlik karyeralarını inkişaf etdirməsi üçün motivasiya rolunu oynayır.

Qeyd olunub ki, müsabiqə 2026-cı ilin sentyabr ayında Çinin Şanxay şəhərində təşkil olunacaq.

Hazırda müsabiqəyə hazırlıq prosesinə namizədlərin seçimi və qeydiyyat formalarının doldurulması daxildir. Noyabr ayında bir neçə ilkin mərhələ yekunlaşacaq. İlk mərhələdə hər bir iştirakçı qeydiyyat formasında tələb olunan məlumatları təqdim edir. Azərbaycan tərəfindən müəyyən edilmiş əsas kriteriyalardan biri 25 yaşa qədər gənclərin orta və ya ondan yuxarı səviyyədə ingilis dili biliklərinə sahib olması, həmçinin Azərbaycan vətəndaşı olmasıdır.

İlkin qeydiyyatdan sonra 80 nəfər növbəti mərhələyə keçmək üçün CTF (Capture The Flag) formatında müsabiqələrdə iştirak edəcək. CTF formatı kiber təhlükəsizlik sahəsində laboratoriya şəraitində tapşırıqların icrasından ibarətdir. İlk mərhələdən sonra 80 nəfərdən 40 nəfər, daha sonra isə 40 nəfərdən 20 nəfər və üçüncü fazada 20 nəfərdən 10 nəfər seçiləcək. Son seçilmiş 10 nəfər, növbəti 6–7 ay ərzində Şanxay şəhərində keçiriləcək müsabiqəyə göndəriləcək və komandalar iki nəfərdən ibarət olacaq. Son qeydiyyat tarixi: 24 oktyabr 2025-ci il

Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition

Qeydiyyatdan keçən namizədlər üçün üç mərhələli CTF yarışları keçiriləcək: Birinci tur (First Round CTF), yarımfinal (Semi-Final CTF) və final (Final CTF). Finala yüksələn 5 komanda (hər komandada 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət olunacaq və sahənin aparıcı mütəxəssisləri tərəfindən xüsusi təlimlər alacaqlar.

Bu tədbir yerli təhsil, iqtisadiyyat, turizm və beynəlxalq əlaqələrin inkişafına töhfə verəcək, həmçinin mədəniyyətlərarası mübadiləni təşviq edəcək. İştirakçılar müxtəlif texniki və peşə sahələrində bacarıqlarını nümayiş etdirərək texniki bilik mübadiləsinə dəstək göstərəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri